Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kontakt Home

Planlama üzrə mütəxəssis (mebel fabriki)

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq. Vəzifə öhdəlikləri: • Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik, aylıq və ya illik olmaqla material planlamasının hazırlanması; • Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq materialları müəyyən edərək bağlı olduğu rəhbərə bildirilməsi; • Xammal və materialların vaxtında təmin edilərək istehsala daxil olmasının izlənməsi; • İstehsal planlarına uyğun iş qrafiklərinin hazırlanması və icrasına nəzarət edilməsi; • İstehsal planından yayınmaların və gecikmələrin izlənməsi, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi; • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı birbaşa rəhbərlə müzakirələrin aparılması; • Hazır məhsul, xammal və material qalıqlarına nəzarət edilməsi və ehtiyacların müəyyənləşdirilməsi; • İstehsal prosesinin gündəlik izlənməsi və təsdiq edilmiş planların icrasına nəzarət edilməsi; • Planlama üzrə analitik hesablamaların aparılması və digər struktur bölmələrindən daxil olan sorğuların cavablandırılması; • Rəhbərlik tərəfindən verilən vəzifə səlahiyyətləri çərçivəsində digər tapşırıqların yerinə yetirilməsi. Tələblər Namizədə tələblər: • Ali təhsil; • İş təcrübəsi mebel sahəsi üzrə 2 ildən artıq ; • Tapşırıqların prioritetləşdirilməsi bacarığı; • Vaxt idarəetməsi və operativlik bacarığı; • Material çatışmazlıqları üzrə risk analizi etmə bacarığı; • Layihə dəyişikliklərinə çevik reaksiya verə bilmə bacarığı; • Stressə davamlılıq; • Analitik və təhliletmə bacarığı; • Komandada işləmək bacarığı Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.