Vakansiya haqqında
“SIXT” Azərbaycan komandasına qoşulmaq üçün dinamik və müştəriyönümlü "Rezervasiya
Agenti" axtarırıq! Əgər satış və müştəri xidmətlərində mükəmməllik sərgiləmək istəyirsinizsə, bu fürsət sizin
üçündür. SIXT brendinin ölkəmizdə və beynəlxalq səviyyədə nüfuzunu təmsil etməkdən qürur duyacaqsınız.
İş şəraiti
İş Yeri - Fairmont Hotel
Vəzifə Maaşı - 800 + AZN (performansa görə artan bonus imkanları)
İş və İstirahət Vaxtı - Növbəli iş qrafiki – dinamik iş şəraitində çalışmağı sevənlər üçün
ideal mühit!
Vəzifəyə dair tələblər
Təhsil: Ali təhsil, bakalavr dərəcəsi (turizm, biznes, marketinq və
müştəri xidməti sahələrində təhsil üstünlükdür).
Təcrübə: Müştəri xidmətləri və satış sahəsində 1 ilədək iş təcrübəsi tələb
olunur. Müştəri ilə işdə təcrübəli olmaq üstünlükdür.
Dil
Bilikləri: Azərbaycan dili – ana dili səviyyəsində / İngilis dili – yaxşı səviyyədə (Rus
dili biliyi əlavə üstünlükdür).
Yaş Həddi: 25-37
yaş
Bacarıqlar:
Effektiv Ünsiyyət: Müxtəlif növ müştərilərlə nəzakətli və peşəkar
şəkildə ünsiyyət qurma.
Problem Həll Etmə: Çətin
situasiyaları sürətli həll etmə və müştəri məmnuniyyətini təmin etmək.
Təşəbbüskarlıq və Çeviklik: İş şəraitinə uyğunlaşmaq və yeni təşəbbüslərlə
irəli çıxmaq.
Komandada İşləmə: Komanda üzvləri ilə
qarşılıqlı dəstək, iş birliyi yaratmaq.
Müştəri Məmnuniyyəti və
Nəticəyə Fokuslanma: Yüksək xidmət səviyyəsi və satış hədəflərini yerinə yetirməkdə maraqlı
olmaq.
Operativ İşləmə: Təzyiq altında sürətli və dəqiq
işləmək bacarığı.
İş Şərtləri və Funksiyaları
Əsas Vəzifə Öhdəlikləri:
SIXT İcarə Xidmətləri Haqqında Məlumat Vermək: Müştərilərin
müraciətlərinə cavab olaraq SIXT-in müxtəlif icarə xidmətləri haqqında dolğun məlumat təqdim etmək və suallara cavab
vermək.
Rezervasiya Qəbulu və Müştəri Dəstəyi: Müştəri
sifarişlərini qəbul edərək, ehtiyaclarına uyğun olaraq onları yönləndirmək və müqavilələri
hazırlamaq.
Telefon və Yazışma Üsulu ilə Ünsiyyət:
Müştərilərlə nəzakətli yazışma və telefon ünsiyyətini təmin etmək.
Proqramlar və Gündəlik İdarəetmə İşləri: Daxili proqramlarda rezervasiya,
ödəniş və digər əməliyyatları icra etmək və gündəlik hesabatları hazırlamaq.
Ətraflı Məlumat Təqdim Etmək: Müştərilərə xidmətlər, istiqamətlər, yerli
xəritələr və digər köməkçi məlumatlar təqdim etmək.
Ödəniş Qəbulu
və Problemlərin Həlli: İcarədən qayıdan nəqliyyat vasitələrinin ödənişlərini qəbul etmək, müştəri
problemlərini effektiv həll etmək.
Sənədləşmə və
Əlaqələndirmə: İcarə müqavilələrini hazırlamaq, müvafiq şöbələrlə sənəd və məlumat mübadiləsini
aparmaq.
Maddi və Mənəvi Maraqların Qorunması: Şirkətin
nüfuzunu və müştəri məmnuniyyətini qorumağa dair məsuliyyət daşımaq.
Satış Hədəflərini Yerinə Yetirmək: Şirkətin aylıq və illik satış hədəflərini
qarşılamaq üçün çalışmaq.
SIXT Azərbaycan Komandasında Sizi Nə Gözləyir?
Dinamik İş Şəraiti: Gündəlik müştəri müraciətləri və müxtəlif
tələblər əsasında aktiv və dinamik iş mühiti.
İşləmə və İnkişaf
İmkanları: SIXT, işçilərinə karyera yüksəlişi və inkişaf fürsətləri təqdim edir.
Komanda Ruhu: Hər bir komanda üzvünün dəyərli olduğu, dəstəkləyici iş
mühiti.
Peşəkar Təlimlər: Şirkət daxili təlimlər
vasitəsilə peşəkar inkişafınızı dəstəkləyirik.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
