Vakansiya haqqında
Təsvir
Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında
ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
Müştərilərin
eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına
əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
Müştərilərin
istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim
etmək;
Kredit müraciətlərinin qəbulu və analizi;
Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov
təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;
Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq
aparılmasına nəzarət edilməsi;
Müraciətlərin Bankın kredit komitəsində
müdafiəsi;
Kredit sənədlərinin tərtibi;
Kredit portfelinə nəzarət və idarə etmək;
Verilmiş
kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər
Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali magistr
təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
Hərbi
xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik
olmaq;
Bank və ya bank olmayan kredit təşkilatında təcrübə
arzuolunandır;
Yenilikləri intensiv və dərindən mənimsəmə
bacarığı;
Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının
olması;
Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək
qabiliyyəti;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Kompüter bilikləri.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
