Vakansiya haqqında
Təsvir
1C proqramında satış və müştəri ödənişləri üzrə əməliyyatların düzgün uçotunun
aparılması və müvafiq mühasibat müxabirləşmələrinin verilməsi;
Bank
hesabları üzrə pul vəsaitlərinin hərəkətinə nəzarət edilməsi, daxilolma və köçürmələrin izlənilməsi və
üzləşdirilməsi;
Debitor borclarının mütəmadi izlənilməsi, təhlil edilməsi
və vaxtında ödənilməsinin təmin olunması;
Müəssisənin maliyyə-təsərrüfat
fəaliyyətinin səmərəli təşkilinə və idarə olunmasına dəstək göstərilməsi;
Mühasibat və maliyyə əməliyyatlarında hesablama texnikasının və müasir informasiya
texnologiyalarının geniş tətbiqinin təmin edilməsi;
İş prosesində yaranan
maliyyə məsələlərinin araşdırılması, təhlili və həlli istiqamətində müvafiq tədbirlərin
görülməsi;
Maliyyə və mühasibat uçotu ilə bağlı risklərin və
uyğunsuzluqların vaxtında müəyyən edilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
Müəyyən edilmiş vəzifə və tapşırıqların vaxtında və doğru şəkildə yerinə yetirilməsi məqsədilə
digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlığın qurulması;
Rəhbərlik
tərəfindən verilən xidməti tapşırıqların müəyyən edilmiş müddətlərdə, dəqiq və keyfiyyətlə icra
edilməsi;
Maliyyə və mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi,
sistemləşdirilməsi və müvafiq qaydada saxlanılmasının təmin edilməsi;
Satış, ödəniş və debitor borcları üzrə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim
edilməsi.
Tələblər
Maliyyə, mühasibatllıq sahəsi üzrə Ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
1C
Mühasibat uçotu konfiqurasiyasında işləmə bacarıqları;
MS Office,
xüsusilə Excel proqramı üzrə peşakar biliklər;
ACCA F3 sertifikatı
arzuolunandır;
İngilis dili biliyi arzuolunandır;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
İş yeri: Bayıl (servis xidməti mövcuddur);
Könüllü
tibbi sığorta;
Həyat yığım sığortası;
Uşaqlara məktəb endirimləri;
Push 30-dan 75%
endirim ilə yararlanmaq imkanı;
Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
