Vakansiya haqqında
Fəaliyyət sahəsi: Çörək və qənnadı məmulatlarının istehsalı
İş yeri: Bakı
İş forması: Tam ştat, daimi
Çörək və qənnadı istehsalatında uçot sisteminin qurulması, istehsal proseslərinin maliyyə və anbar uçotu ilə inteqrasiyası edilməsi və sistemin gündəlik idarə olunması.
Qida istehsalı, xüsusilə çörək və qənnadı sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti
Daimi və stabil iş; Əməkhaqqı: 700-900 Bilik və təcrübəyə əsasən razılaşma yolu ilə;
Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı.
Əlaqə: tayyar.guliyev@gmail.com
Qeyd: Vakansiya yalnız gündəlik mühasibat əməliyyatlarını aparan şəxslər üçün deyil. İstehsalat uçotunu sıfırdan qurmaq, tətbiq etmək və sonradan müstəqil idarə etmək təcrübəsi olan namizədlər axtarılır.
· Xammal, yarımfabrikat və hazır məhsulların uçotunun təşkili;
· Xammal sərfiyyatının istehsal həcminə uyğun avtomatik hesablanması və silinməsi;
· İstehsalat itkilərinin, tullantıların və normadan artıq sərfiyyatın təhlili;
· Anbar qalıqlarına nəzarət və mütəmadi inventarizasiyaların aparılması;
· İstehsalat, anbar və satış məlumatlarının uzlaşdırılması;
· Məhsullar üzrə rentabellik və mənfəətlilik hesabatlarının hazırlanması;
· İstehsalat uçotunun gündəlik aparılması və rəhbərliyə hesabatların təqdim edilməsi.
· Baş mühasibin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
Mühasibatlıq və ya maliyyə üzrə ali təhsil;
İstehsalat uçotu sahəsində minimum 3 il təcrübə;
Reseptura əsaslı uçot üzrə praktiki biliklər;
1C və Excel ilə sərbəst işləmək bacarığı;
Analitik düşüncə, məsuliyyətlilik və dəqiqlik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
