Vakansiya haqqında
“A+CO” ASC “İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib”
vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
Mal-material ehtiyatlarının mədaxil və məxariclərinin uçotunun izlənməsi,istehsalla
birbaşa bağlı uçot məlumatlarının işlənilməsi;
Xərc smetasının
icrası,istehsalla bağlı işlərin görülməsi və xidmətlərin göstərilməsinin uçotu ;
Ehtiyyatların nəzarəti:İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün
tədbirlərin həyata keçirilməsi;
Sistemə yeni mal-material adlarının və
sərfiyyat kartlarının daxil edilməsi;
Mövcud hazır mal-materialın maya
dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanılması
;
Məhsullar üzrə mal-materialın maya dəyərinin hesablanması və faktiki
formalaşan maya dəyərləri ilə müqayisənin aparılması ;
Aylıq faktiki
göstəricilərlə (sərfiyyat və itkilər) planlaşdırılmış göstəricilərin müqayisə olunması ;
Aylıq istehsal olunmuş məhsulların maya dəyərinin düzgün formalaşmasının təmin edilməsi
;
İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq
sistemdə yoxlanılması və sənədlərin təmin edilməsi ;
Gündəlik istehsalla
bağlı yaranan sualların cavablandırılması ;
İdxal əməliyyatlarının uçotu
(İdxal olunmuş malların maya dəyərinin formalaşdırılması);
İxrac
əməliyyatlarının uçotu;
İdxal və ixrac üzrə debitor,kreditor
üzləşmələrinin aparılması;
Mühasibatlıq sənədlərinin qorunub
saxlanılmasının təmin edilməsi,müəyyən olunmuş qaydada arxivləşdirilməsi ;
Rəhbərlik tərəfindən tapşırıqların
icrası.
Bilik və bacarıqlar:
Excel yaxşı səviyyədə.
Logo Tiger yaxşı
səviyyədə.
ACCA F2, F3 sertifikatları və PMS (arzu olunandır) və ya
bunlarla bağlı biliklər.
Elektron vergi və dövlət portalları ilə işləmə
təcrübəsi (E-taxes,e-customs)
İş şəraiti:
İş yeri: Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab
Zavodu);
İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5
günlük;
Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis
xidməti ilə şirkət tərəfindən təmin olunur.
Əmək haqqı - Bilik və
bacarıqlara uyğun təyin olunacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsal
və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
