Vakansiya haqqında
Mühasib axtarılır!Komandamıza mühasibat uçotu və maliyyə əməliyyatları sahəsində təcrübəli, diqqətli və məsuliyyətli mütəxəssis axtarırıq!
Vəzifə öhdəlikləriMüəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və müvafiq uçot registrlərində düzgün əks etdirilməsini təmin etmək;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsini həyata keçirmək;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunu aparmaq, onların hərəkəti ilə bağlı əməliyyatları vaxtında mühasibat uçotunda əks etdirmək;
Debitor və kreditorlarla hesablaşmaların vaxtında və düzgün aparılmasını təmin etmək;
Mal-material ehtiyatlarının mədaxil və məxaric əməliyyatlarını yoxlamaq və müvafiq məlumatları uçot proqramına daxil etmək;
Bank və kassa əməliyyatlarının düzgünlüyünə nəzarət etmək;
Təhtəlhesab şəxslərlə hesablaşmaların dəqiq və vaxtında uçotunu aparmaq;
Debitor və kreditor borclarının vəziyyətini mütəmadi izləmək;
1C proqramında mühasibat əməliyyatlarını həyata keçirmək və müvafiq məlumatları emal etmək;
Mühasibat sənədlərinin düzgün tərtib edilməsini, rəsmiləşdirilməsini və arxivləşdirilməsini təmin etmək;
Elektron qaimə-fakturaları, hesab-fakturaları və digər mühasibat sənədlərini hazırlamaq;
Vəzifə öhdəlikləri ilə əlaqədar işçilərin müraciət və sorğularını cavablandırmaq;
İş prosesi zamanı əldə olunan məlumatların məxfiliyini qorumaq;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
Vəzifə səlahiyyətləri çərçivəsində digər əmək funksiyalarını icra etmək.
Namizədə dair tələblərMaliyyə, vergi və ya mühasibat uçotu istiqaməti üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
1C mühasibat proqramı üzrə bilik və praktiki istifadə bacarığı;
Microsoft Excel proqramında işləmək bacarığı;
İş prosesini müstəqil şəkildə planlaşdırmaq və tapşırıqları müəyyən edilmiş müddətdə icra etmək qabiliyyəti;
Yüksək diqqətlilik, dəqiqlik və məsuliyyətlilik;
Analitik düşünmə və detallara diqqət yetirmə bacarığı;
Komanda ilə işləmək və effektiv işgüzar ünsiyyət qurmaq bacarığı.
İş şərtləriVakansiya növü: Tam ştat.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
