Vakansiya haqqında
Vakansiya: MühasibNamizədə tələblər:
Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə);
Mühasibat sahəsində minimum 2 il iş təcrübəsi;
Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyi üzrə yaxşı biliklər;
1C, Microsoft Excel və Word proqramlarında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Şirkətin mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə və uçot siyasətinə uyğun aparılması;
Elektron qaimə-fakturaların hazırlanması və Elektron Vergi Portalı vasitəsilə təqdim edilməsi;
Hesab-fakturaların tərtib olunması və müştərilərə göndərilməsi;
Göndərilmiş elektron qaimələrin mühasibat uçotu məlumatları ilə tutuşdurulması;
Bank əməliyyatlarının aparılması, yerli və xarici müştərilərlə qarşılıqlı hesablaşmaların uçotunun aparılması və üzləşmə aktlarının hazırlanması;
Debitor borcların izlənilməsi və nəzarətdə saxlanılması;
Mühasibat sənədlərinin qanunvericiliyə uyğun olaraq qruplaşdırılması, arxivləşdirilməsi və saxlanılması;
Məlumatların məxfiliyinin qorunması;
Rəhbərlik tərəfindən həvalə olunan digər mühasibat işlərinin yerinə yetirilməsi.
İş şəraiti:
Əmək haqqı: Müsahibə əsasında;
İş qrafiki: Həftəiçi 5 gün, 08:30–17:30;
İş ünvanı: Qaradağ rayonu, Salyan şosesi, 14-cü km.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
