Vakansiya haqqında
Heydər Əliyev Beynəlxalq Aeroportunda ASG şirkətlər qrupunda Mexanika Mühəndisi vakansiya üzrə işçi qəbulu aparılır
Vəzifə öhdəlikləri:
Mexaniki sistemlərin quraşdırılmasının layihəyə və texniki tələblərə uyğunluğuna nəzarət;
Sahədə görülən işlərin keyfiyyətinin və gedişatının yoxlanılması;
Mexaniki və elektrik işlərinin sahədə qarşılıqlı uyğunlaşdırılması;
Podratçılar və digər layihə iştirakçıları ilə mexaniki işlərin koordinasiyası.
Tələblər və iş şəraiti:
Mexanika mühəndisliyi üzrə ali təhsil;
Mexaniki sistemlər üzrə ən azı 10 il iş təcrübəsi;
Tikinti sahəsində mexaniki sistemlərin quraşdırılması və tətbiqi işlərində birbaşa praktiki təcrübə;
Elektrik işləri və sistemləri haqqında bilik;
Excel və AutoCAD proqramlarında işləmək bacarığı;
İngilis dili biliyi.
İş qrafiki: 5 günlük
İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu
Əmək haqqı: namizədin bilik, təcrübə və peşəkar bacarıqları nəzərə alınmaqla müəyyən edilir.
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
CV-lərin qəbulu ASG-nin rəsmi Karyera veb-saytı vasitəsilə həyata keçirilir:
https://careers.asg.az/en/vacancies/mexanika-muhendisi
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
