Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Müəssisədə istifadə olunan mexaniki avadanlıqların fasiləsiz və təhlükəsiz işini təmin edir.
Mexaniki avadanlıqlarda yaranan nasazlıqları müəyyən edir, səbəblərini araşdırır və aradan qaldırılması üçün tədbirlər görür.
Mexaniki avadanlıqların texniki vəziyyətinə, istismar qaydalarına və iş göstəricilərinə nəzarət edir.
Mexaniki qurğuların quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi və istismara verilməsi işlərinə nəzarət edir.
Mexaniki avadanlıqların təmiri və texniki xidməti üzrə texniki sənədləri, hesabatları və aktları hazırlayır.
Avadanlıqların ehtiyat hissələrinə, texniki materiallara və alətlərə olan tələbatı müəyyən edir.
Texniki çertyojları, mexaniki sxemləri və avadanlıqların istismar sənədlərini oxuyur və tətbiq edir.
Mexaniki avadanlıqların aşınma, vibrasiya, səs-küy və digər texniki problemlərini müəyyən edir və müvafiq tədbirlər görür.
Mexaniki sistemlərin təmiri və texniki xidməti zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasını təmin edir.
Görülmüş təmir və texniki xidmət işlərinin keyfiyyətinə, müddətinə və texniki tələblərə uyğunluğuna nəzarət edir.
Mexaniki avadanlıqların etibarlılığının artırılması, nasazlıqların azaldılması və istismar müddətinin uzadılması üçün texniki tədbirlər hazırlayır və həyata keçirir.
Tələblər:
Təhsil: Ali ( Mexanika mühəndisliyi, Maşınqayırma mühəndisliyi, Sənaye mühəndisliyi (bakalavr/magistr))
İş təcrübəsi: 5 il sahə üzrə iş təcrübəsi (Tikinti, sənaye və ya infrastruktur sektorunda təcrübə üstünlükdür)
Müvafiq sahə üzrə texniki biliklər: Mexanika mühəndisliyi üzrə normativ və texniki sənədləri;
Mexaniki avadanlıqların quruluşunu və iş prinsiplərini;
Hidravlik və pnevmatik sistemləri;
Texniki xidmət və təmir metodlarını;
Avadanlıqların diaqnostikası və nasazlıqların təhlili üsullarını;
Əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qaydalarını;
AutoCAD, SolidWorks, Inventor, MS Office və digər müvafiq proqram təminatlarını.
Kompüter bilikləri: Excell (yüksək səviyyədə), PrimaveraP6, MS Project, AutoCAD, MS Office
Əlavə: Problemlərin həlli və çeviklik, Komandada işləmə bacarığı, Prioritetləşdirmə və kritik düşüncə
İş qrafiki: 5 günlük ( 09:00-18:00)
Əmək haqqı: Müsahibə əsasında / qarşılıqlı razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
