Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PMD Group

Baş mexanika mühəndisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir Mexanika layihələrini nəzərdən keçirmək, texniki analiz aparmaq və zəruri düzəlişləri müəyyən etmək; Layihələrin təsdiq olunmuş texniki tələblərə, yerli və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək; Mexaniki sistemlər üzrə layihə həllərini, işçi çertyojları, texniki spesifikasiyaları və hesabatları yoxlamaq; HVAC, istilik, soyutma, havalandırma, tüstüsovurma, VRF, Chiller, AHU, FCU, qazanxana və digər mexaniki sistemlər üzrə layihələrin texniki baxışını həyata keçirmək; Su təchizatı, kanalizasiya və yağış suyu sistemləri üzrə layihələrin koordinasiyasında iştirak etmək; Podratçı və subpodratçıların mexanika üzrə fəaliyyətinə nəzarət etmək və texniki istiqamətləndirmə vermək; Podratçıların təqdim etdiyi Shop Drawing, Material Submittal, Method Statement, RFI və digər texniki sənədləri nəzərdən keçirmək; Mexaniki avadanlıqların texniki göstəricilərini və layihəyə uyğunluğunu yoxlamaq; Sahə yoxlamalarında iştirak etmək və quraşdırılan sistemlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq; Layihə və sahə arasında yaranan texniki məsələləri müəyyən etmək və onların vaxtında həll olunmasını təmin etmək; Layihə dəyişikliklərini, texniki riskləri və mümkün gecikmələri müəyyən edərək rəhbərliyə məlumat vermək; Podratçı, subpodratçı, konsultant, layihəçi və digər mühəndislik komandaları ilə gündəlik texniki koordinasiyanı təmin etmək; Texniki iclaslarda iştirak etmək, zəruri hallarda iclaslara rəhbərlik etmək və qəbul olunmuş qərarların icrasını izləmək; Layihələrin icra vəziyyəti ilə bağlı həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Layihənin texniki tapşırığının və əsas iş həcminin hazırlanmasında iştirak etmə; Müxtəlif mühəndislik fənləri arasında koordinasiyanın təmin olunmasına dəstək olmaq; Mexaniki sistemlərin testing, commissioning, testing & balancing və handover mərhələlərində texniki koordinasiyada iştirak etmək; Layihə məqsədlərinə çatmaq üçün podratçı şirkətlərlə effektiv əməkdaşlıq etmək; Rəhbərlik tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən digər tapşırıqları yerinə yetirmə. Tələblər Mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 10 il iş təcrübəsi; Böyükmiqyaslı yaşayış, kommersiya, ictimai, sənaye və ya infrastruktur layihələrində təcrübə; HVAC, VRF, Chiller, AHU, FCU, qazanxana, tüstüsovurma, su təchizatı və kanalizasiya sistemləri üzrə praktiki bilik; Texniki çertyoj, spesifikasiya və sənədlərlə işləmək bacarığı; AZDTN, СНиП, SP, ASHRAE, NFPA, SMACNA, CIBSE, BS, EN və IPC standartları üzrə bilik; Podratçı texniki fəaliyyətinə nəzarət və koordinasiya bacarığı; Güclü analitik düşüncə, problem həll etmə, liderlik və komanda idarəetmə bacarıqları; AutoCAD və MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı; Azərbaycan dili – səlis, ingilis dili – yaxşı səviyyədə. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.