Vakansiya haqqında
Birbankın Yerində Xidmət bölməsinin müxtəlif metro stansiyalarda xidmət nöqtələrində fəaliyyət göstərəcək, rəqəmsal bank məhsul və xidmətlərini təqdim edəcək, satış üçün yeni müştərilərin cəlb edilməsində aktiv rol alacaq, müştərilərə dəstək göstərəcək və yüksək xidmət keyfiyyəti təmin edəcək əməkdaş axtarışındayıq.
Tələbə və ya yeni məzunlar;
Yarımştat iş rejiminə uyğunluq;
Satış bacarığı;
Məsuliyyətlilik;
Operativlik;
Qərar qəbul etmə bacarığı;
Kollektivdə işləmə bacarığı;
Müştəriyönümlülük;
Yüksək səviyyədə ünsiyyət bacarığı;
Microsoft Office proqramları üzrə biliklər.
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün metro stansiyalardakı xidmət nöqtələrində fəaliyyət göstərilməsi;
Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirilməsi;
Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi;
Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
