Vakansiya haqqında
Birbankın Birbaşa satışlar bölməsində satış şəbəkəsinin genişlənməsində birbaşa iştirak edərək potensial müştərilərlə və tərəfdaşlarla aktiv ünsiyyət quracaqsan. Region üzrə sahə görüşlərinin keçirilməsi, bank məhsullarının birbaşa təqdimatı və satışı, yeni müştərilərin cəlb olunması və satış nöqtələrində xidmət keyfiyyətinin yüksəldilməsi sənin əsas fəaliyyət istiqamətlərin olacaq.
+ ' ' + Ali təhsil;
Satış bacarığı;
Dəyişən mühitə çevik adaptasiya;
Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma;
Sahiblənmə və məsuliyyət hissi;
Dəyişən mühitə çevik adaptasiya;
Davamlı öyrənmə və inkişaf həvəsi;
Müştəriyönümlü yanaşma.
+ ' ' + Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
+ ' ' + Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;
Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirilməsi;
Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi;
Bankın filiallarına yönləndirilməsi;
Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
