Vakansiya haqqında
Galeon Seafood MMC şirkəti marketinq fəaliyyətinin strateji və operativ
idarə edilməsini həyata keçirəcək, nəticəyönümlü və peşəkar Marketinq şöbəsinin müdiri axtarır.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Çinar Park Biznes
Mərkəzi
İş qrafiki: 6 günlük iş həftəsi (şənbə günü qısa iş
günü)
Əmək haqqı: 2000-2500 Azn
Əsas vəzifə və öhdəliklər
Şirkətin ümumi biznes məqsədlərinə uyğun marketinq strategiyasının hazırlanması,
tətbiqi və nəticələrinin qiymətləndirilməsinə rəhbərlik etmək;
Qısa, orta
və uzunmüddətli marketinq planlarını hazırlamaq və onların icrasına nəzarət etmək;
Şirkətin məhsul portfelinin bazar mövqeyinin gücləndirilməsi və brend dəyərinin artırılması
istiqamətində fəaliyyət göstərmək;
Qida və dəniz məhsulları bazarını,
istehlakçı davranışlarını, bazar trendlərini və rəqiblərin fəaliyyətini mütəmadi təhlil etmək;
Məhsulların bazara çıxarılması, mövqeləndirilməsi və tanıtımı üzrə marketinq strategiyaları
hazırlamaq;
Brandinq, reklam, PR, rəqəmsal marketinq, sosial media və
digər kommunikasiya kanallarının vahid strategiya çərçivəsində idarə edilməsini təmin etmək;
Reklam və marketinq kampaniyalarının konsepsiyasını hazırlamaq, icrasını koordinasiya etmək və
nəticələrini KPI-lar əsasında qiymətləndirmək;
Marketinq büdcəsini
formalaşdırmaq, xərclərin səmərəliliyinə nəzarət etmək və ROI göstəricilərini təhlil etmək;
Satış şöbəsi ilə sıx əməkdaşlıq edərək satışların artırılmasına yönəlmiş marketinq layihələri
və kampaniyalar hazırlamaq;
Müştəri seqmentasiyası, hədəf auditoriyanın
müəyyənləşdirilməsi və müştəri loyallığının artırılması istiqamətində tədbirlər həyata
keçirmək;
Marketinq kanallarının effektivliyini ölçmək, analitik
hesabatlar hazırlamaq və nəticələr əsasında inkişaf təklifləri təqdim etmək;
Marketinq şöbəsinin iş proseslərini təşkil etmək, əməkdaşlar arasında düzgün iş bölgüsü
aparmaq və komandanın fəaliyyətini idarə etmək;
Xarici agentliklər,
media, influencerlər, dizayn və reklam tərəfdaşları ilə əməkdaşlığı idarə etmək;
Şirkətin korporativ üslubunun və kommunikasiya standartlarının qorunmasına nəzarət
etmək;
Rəhbərliyə marketinq fəaliyyəti, bazar dinamikası və inkişaf
imkanları barədə mütəmadi hesabatlar və təkliflər təqdim etmək.
Namizədə əsas tələblər
Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat, PR və ya əlaqəli ixtisas üzrə ali
təhsil;
Rus dili biliyi mütləqdir
Marketinq sahəsində minimum 3 il, rəhbər və ya aparıcı mütəxəssis səviyyəsində iş
təcrübəsi;
Marketinq strategiyasının müstəqil şəkildə hazırlanması və
həyata keçirilməsi üzrə praktiki təcrübə;
Brend idarəetməsi, rəqəmsal
marketinq, SMM, reklam və PR istiqamətləri üzrə güclü biliklər;
Bazar və
rəqib analizlərinin aparılması və nəticələrin biznes qərarlarına çevrilməsi bacarığı;
Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması təcrübəsi;
Marketinq kampaniyalarının planlaşdırılması, icrası və effektivliyinin ölçülməsi üzrə
təcrübə;
Trade Marketinq üzrə bilik və təcrübəsi olan namizədlərə
üstünlük veriləcəkdir.
Google Analytics, Meta Business Suite/Ads Manager
və digər rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı üstünlükdür;
MS
Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında yaxşı səviyyədə işləmək
bacarığı;
Analitik və strateji düşüncə;
Güclü liderlik və komanda idarəetmə bacarığı;
Yüksək kommunikasiya və danışıqlar aparmaq bacarığı;
Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
Eyni anda bir neçə layihəni planlaşdırmaq və idarə etmək bacarığı.
Üstünlük hesab olunur
Qida, FMCG, HoReCa, Retail və ya dəniz məhsulları sektorunda marketinq
təcrübəsi;
Böyük və ya orta ölçülü brendlərin marketinq fəaliyyətinin
idarə olunması təcrübəsi;
Uğurlu reklam və satış dəstək kampaniyalarından
ibarət portfolio;
Marketinq KPI-larının müəyyənləşdirilməsi və
nəticələrin analizi üzrə təcrübə;
Agentlik və podratçılarla iş
təcrübəsi;
Azərbaycan və ingilis dillərində yaxşı ünsiyyət
bacarığı.
Biz nə təklif edirik?
Rəsmi əmək müqaviləsi;
Peşəkar və dinamik
iş mühiti;
Marketinq strategiyasının formalaşdırılmasında və qərarvermə
proseslərində aktiv rol;
Peşəkar inkişaf və karyera
imkanları;
Maraqlanan namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
