Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Anbar fəaliyyətinin gündəlik idarə olunmasını və iş proseslərinin düzgün təşkilini
təmin etmək;
Məhsulların qəbulu, saxlanılması, yerləşdirilməsi və
göndərilməsinə nəzarət etmək;
Anbara daxil olan və anbardan çıxan
məhsulların uçotunu aparmaq;
Məhsul qalıqlarına, ehtiyatların hərəkətinə
və inventarizasiyaya nəzarət etmək;
Gündəlik, həftəlik və aylıq anbar
hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
1C proqramında anbar
əməliyyatlarını və müvafiq sənədləşməni aparmaq;
Anbar sənədlərinin
düzgünlüyünü və məlumatların sistemə vaxtında daxil edilməsini təmin etmək;
Məhsul itkilərinin, uyğunsuzluqların və uçot fərqlərinin qarşısını almaq;
Anbar əməkdaşlarının işini təşkil etmək və fəaliyyətlərinə nəzarət etmək;
Anbarda səliqə-sahmana, təhlükəsizlik və daxili intizam qaydalarına riayət olunmasını təmin
etmək;
Digər struktur bölmələrlə koordinasiyalı şəkildə
işləmək.
Namizədə tələblər
Anbar sahəsində iş təcrübəsi;
Rəhbər
vəzifədə min 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
1C
proqramı üzrə yaxşı bilik və praktiki iş bacarığı;
Microsoft Office
proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
Anbar uçotu,
inventarizasiya və hesabatların hazırlanması üzrə biliklər;
Məhsul
qalıqlarının və anbar ehtiyatlarının idarə olunması bacarığı;
Yüksək
məsuliyyət, diqqətlilik və təşkilatçılıq qabiliyyəti;
İdarəetmə, komanda
ilə işləmək və operativ qərarvermə bacarığı.
Üstünlük hesab olunur
Qida və ya dəniz məhsulları sahəsində anbar idarəçiliyi
təcrübəsi;
Tez xarab olan məhsulların saxlanması və temperatur rejiminə
nəzarət üzrə biliklər;
Məhsulların saxlanma müddətinə və yararlılıq
tarixlərinə nəzarət təcrübəsi;
FIFO (ilk daxil olan məhsulun ilk
çıxarılması) və FEFO (yararlılıq müddəti daha tez bitən məhsulun ilk çıxarılması) prinsiplərini bilmək və tətbiq
etmək bacarığı;
Anbar proseslərinin optimallaşdırılması və məhsul
itkilərinin azaldılması üzrə təcrübə.
İş şəraiti
Əmək haqqı: 1 500 AZN;
6 günlük iş
həftəsi;
İş yeri: Lökbatan, Meyvəli ərazisi;
Peşəkar və dinamik iş mühitində çalışma imkanı.
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına təqdim edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
