Vakansiya haqqında
Şirkətimizdə çalışmaq istəyən, məsuliyyətli və işində dəqiq olan Auditor-Checklist (mağazalarda vitrin və qiymət nəzarəti üzrə) namizəd axtarılır.
Vəzifənin əsas məqsədi
Mağazalarda məhsulların vitrin və rəflərdə düzgün yerləşdirilməsinə, qiymət etiketlərinin uyğunluğuna, məhsulların vizual təqdimatına və müəyyən olunmuş satış standartlarına riayət edilməsinə nəzarət etmək.
İş şəraiti
Ünvan: Bakı-Şamaxı şosesi, Hökməli dairəsi
Əmək haqqı: 800 - 1200 AZN (müsahibə əsasında dəyişə bilər)
İş qrafiki: Tam iş günü (5 gün)
İş saatı: 09:00 – 18:00
Təklif edirik: Mobil nömrə ilə təminat, nahar yeməyi
Namizədə dair əsas tələblər
Ali və ya orta ixtisas təhsili, həmçinin müvafiq istiqamətdə ən azı 1-2 illik iş təcrübəsi;
Audit əməliyyatlarını qeydə almaq və hesabat hazırlamaq bacarığı;
Microsoft Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yaxşı bilmək;
Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
Cins məhdudiyyəti nəzərdə tutulmur.
Əsas vəzifə öhdəlikləri
Mağazalarda vitrin və rəflərin düzülüşünü yoxlamaq;
Məhsulların müəyyən edilmiş standartlara uyğun yerləşdirilməsinə nəzarət etmək;
Qiymət etiketlərinin mövcudluğunu və düzgünlüyünü yoxlamaq;
Rəf qiymətləri ilə kassa qiymətlərini müqayisə etmək;
Kampaniyalı məhsulların düzgün təqdim olunmasını yoxlamaq;
Məhsul çeşidini və boş rəfləri yoxlamaq;
Yoxlamaları checklist əsasında aparmaq;
Aşkarlanmış nöqsanları fotoşəkillərlə qeydə almaq;
Audit nəticələrini hesabat şəklində rəhbərliyə təqdim etmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
