Vakansiya haqqında
Təsvir
Təsdiqlənmiş audit prosedurlarına uyğun şəkildə, xidmət keyfiyyətini qoruyaraq audit prosesini icra etmək;
Qarşıya qoyulan tapşırıqları müəyyən edilmiş müddət və tələb olunan keyfiyyətlə yerinə yetirmək;
Təyin edilmiş sahədə audit yoxlaması apararaq risk səviyyəsini və hesabatda qeyd olunmalı məqamları müəyyənləşdirmək;
Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun şəkildə həyata keçirilib-keçirilmədiyini yoxlamaq;
Audit nəticələrinin düzgün sənədləşdirilməsi üçün sübutları toplayıb nəzərdən keçirmək.
Tələblər
Ali təhsil (maliyyə, iqtisadiyyat);
Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi;
Mühasibat uçotunun əsaslarını bilmək;
1C, Mikro mühasibatlıq proqramları üzrə istifadəçi təcrübəsi arzuolunandır;
Microsoft Excel, Microsoft Word, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
Analitik düşüncə qabiliyyəti;
Şifahi və yazılı ünsiyyət bacarıqlarının yüksək olması;
Komanda daxilində işləmək bacarığı;
CIA 1 və ya ACCA F3, F5 sertifikatlarının olması üstünlükdür;
Ölkə daxili ezamiyyətlərə hazır olmalı.
Vakansiya növü: Tam ştat
Maraqlanan namizədlər müraciət etmək üçün “Müraciət et” düyməsində göstərilən linkə daxil ola bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
