Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Unibank ASC

Data Analitika / Daxili Auditor

Razılaşma ilə

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Daxili audit funksiyasında data əsaslı audit və davamlı audit yanaşmalarının tətbiqi və inkişafına aktiv töhfə vermək, o cümlədən analitik nəzarət mexanizmlərinin və avtomatlaşdırılmış audit prosedurlarının qurulmasında iştirak etmək. Audit proqramlarının hazırlanması, audit prosedurlarının icrası və audit sübutlarının toplanması istiqamətində dəstək; Audit nəticələri üzrə müşahidələrin, risk qiymətləndirmələrinin və tövsiyələrin hazırlanmasında dəstək; Audit tapıntıları üzrə razılaşdırılmış tədbirlər planlarının icra vəziyyətinin müntəzəm təqibi; Risk əsaslı audit yanaşmasının və daxili audit metodologiyasının inkişafına töhfə verilməsi; Data analitika alətlərindən istifadə etməklə audit prosedurlarının icrasında iştirak edilməsi və audit sübutlarının analitik üsullarla əldə edilməsinin təmin edilməsi; Daxili audit funksiyası daxilində davamlı audit (continuous auditing) və davamlı monitorinq yanaşmalarının qurulması və tətbiqi istiqamətində Data Analitikası və Avtomatlaşdırma komandası ilə əməkdaşlıq edilməsi; Təkrarlanan audit yoxlamalarının avtomatlaşdırılması və analitik əsaslı audit yanaşmalarının inkişafına töhfə verilməsi. Tələblər İqtisadiyyat, IT, statistika, data science və ya əlaqəli sahə üzrə təhsil; Kreditləşmə, əməliyyat, data analitika, biznes analitika, risk analitikası və ya audit analitikası sahəsində minimum 1 il iş təcrübəsi; SQL sorğu dili vasitəsilə aşağıdakı tapşırıqları icra edə bilmə: Məlumatların filtrlənərək çıxarılması və təhlili; Prosedurlar yazmaq proseslərin avtomatlaşdırılması; Create, insert funksiyalarından istifadə etməklə cədvəllər yarada bilmə; Parsing alətlərindən istifadə edə bilmə; Python proqramlaşdırma dili vasitəsilə təkrarlanan yoxlamalar üzrə avtomatlaşdırma işlərinin aparılması; Portfel simulyasiyalarının aparılması, müxtəlif risk ssenariləri üzrə portfelin təhlilinin həyata keçirilməsi; Power BI və ya digər BI alətləri ilə dashboard hazırlanması; Daxili audit prinsipləri və risk əsaslı audit yanaşması üzrə biliklər; Proseslərin, risklərin və nəzarət mexanizmlərinin qiymətləndirilməsi bacarığı; Ünsiyyət, komandada işləmə və təşəbbüskarlıq bacarıqları; İngilis dili üzrə texniki sənədlərlə işləmə və hesabat hazırlama bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Daxili auditor

Karat Holdinq MMC

700 - 1200 AZN

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
3 ildən 5 ilə qədər
Əlavə tələblər
Təhsil
Bakalavr
İş sahəsi
Maliyyə
Hellojob.az Aktiv vakansiya
Ətraflı

Daxili Auditor

Norm

Razılaşma yolu ilə

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
3 il
Əlavə tələblər
Təhsil
Bakalavr
İş sahəsi
Daxili audit
SmartJob.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.