Vakansiya haqqında
İş şəraiti
Ünvan: Bakı şəhəri
İş qrafiki: 6 günlük (Bazar ertəsi – Cümə: 09:00–18:00; Şənbə: 10:00–15:00)
Əməkhaqqı: Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun müəyyən edilir
Vəzifə öhdəlikləri
Şirkətin ümumi marketinq strategiyasının hazırlanması və tətbiqində iştirak etmək;
Instagram, Facebook, LinkedIn və digər sosial media hesablarının idarə edilməsi, kontent-planın tərtibi və maraqlı paylaşımların hazırlanmasını təmin etmək;
Brend tanınırlığının artırılması üçün rəqəmsal və ənənəvi marketinq kampaniyalarının planlaşdırılması və icrasında iştirak etmək;
Bazarın, rəqiblərin təhlilini aparmaq və yeni marketinq trendlərini izləmək;
Şirkət tədbirlərinin, reklam və promo aksiyalarının təşkili ilə məşğul olmaq;
Veb-sayt və digər reklam materialları üçün mətnlərin hazırlanmasını həyata keçirmək;
Görülən işlər və marketinq kampaniyalarının nəticələri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
Müxtəlif müqavilə, hesab və texniki sənədləri təhlil etmək, məlumatları strukturlaşdırmaq və uyğunsuzluqları müəyyənləşdirmək;
Məlumatların analitik təhlilini aparmaq və nəticələri qiymətləndirmək.
Namizədə tələblər
Ali təhsil: Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqədar sahələr üzrə;
Müvafiq sahədə minimum 1–3 il iş təcrübəsi;
Analitik düşüncə tərzi və mürəkkəb sənədləri qısa müddətdə təhlil etmək bacarığı;
Riyazi-analitik düşünmə, məntiqi ardıcıllıq qurmaq və detallardakı uyğunsuzluqları aşkar etmək qabiliyyəti;
Kompüterdən inamlı istifadə və yeni proqram təminatını sürətlə mənimsəmək bacarığı;
MS Office proqramları, xüsusilə Excel üzrə biliklər (IF, SUMIF, VLOOKUP, Pivot Table və s.);
Rəqəmsal sistemlər, süni intellekt alətləri və veb platformalarla işləmə bacarığı;
Rəqəmsal marketinq alətləri üzrə biliklər (SMM, Meta Ads, Google Ads əsasları);
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dili bilikləri arzuolunandır);
Kreativ yanaşma, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı;
Nəticəyönümlülük və yüksək məsuliyyətlilik;
INCOTERMS 2020 şərtləri, təchizat zənciri, beynəlxalq ticarət və iqtisadiyyat üzrə ümumi biliklər üstünlükdür;
Milli normativ hüquqi aktlar barədə ümumi biliklər üstünlükdür.
Əlavə tələblər
Xanım namizəd;
Yaş aralığı: 22–27;
Boy: 1.75 m-dən yuxarı;
Şirkətin reklam çəkilişlərində şirkətin üzü kimi iştirak etmək.
Təklif olunur
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə;
Korporativ nömrə təminatı;
Peşəkar komandada inkişaf və karyera imkanı.
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində Marketinq və Data Analitika üzrə mütəxəssis qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
