Vakansiya haqqında
Vəzifə öhdəlikləriRəqəmsal Bankçılıq sistemlərinin inkişafı və dəstəklənməsi, onların stabil, təhlükəsiz və etibarlı fəaliyyətinin təmin edilməsi;Biznes tələblərinə uyğun yeni funksionallıqların layihələndirilməsi və hazırlanması;Sistemlərin layihələndirilməsində, arxitekturanın təkmilləşdirilməsində, texnologiya seçimində və texniki qərarların qəbulunda iştirak;Bankın daxili sistemləri və xarici platformalarla inteqrasiyaların layihələndirilməsi və həyata keçirilməsi;İstifadə ssenarisinə uyğun texnologiyanın seçilməsi ilə Java, Go və ya Python əsasında servislərin, inteqrasiyaların və avtomatlaşdırma həllərinin hazırlanması;Funksionallıqların texniki layihələndirmədən hazırlanma, test, istehsal mühitinə yerləşdirmə və dəstəyə qədər bütün mərhələləri üzrə məsuliyyət daşınması;Kod icmalının (code review) aparılması, kodun keyfiyyətinin, təhlükəsizliyinin və dəstəklənə bilməsinin təmin edilməsi;Komanda üzvlərinə texniki dəstək göstərilməsi və mentorluq edilməsi;Kritik insidentlərin, performans problemlərinin və istehsal mühitində yaranan nasazlıqların araşdırılması və aradan qaldırılması;Tapşırıqların texniki qiymətləndirilməsində, planlaşdırılmasında və icrasının koordinasiyasında iştirak;API spesifikasiyaları, sistem diaqramları və arxitektura qərarları daxil olmaqla texniki sənədləşmənin hazırlanması və yenilənməsi;Məhsul menecerləri, biznes analitikləri, arxitektorlar, QA, DevOps və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq;Şöbənin fəaliyyət istiqamətinə uyğun digər mühəndislik tapşırıqlarının yerinə yetirilməsi.TələblərAli təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə təhsilə üstünlük verilir);Proqram təminatının hazırlanması üzrə minimum 3 il müvafiq iş təcrübəsi;OOP, SOLID, Clean Code və dizayn nümunələri (design patterns) üzrə dərin bilik və onları praktikada tətbiq etmək bacarığı;Köhnə kodun (legacy code) təhlili və refaktorinq bacarığı;Java 8+ və Spring ekosistemi (Spring Boot, Spring Data JPA, Spring Security, Spring Cloud) üzrə geniş praktiki təcrübə; Java 17+ biliyi üstünlükdür;Go və ya Python üzrə praktiki biliklər (opsional);Mikroservis arxitekturası və paylanmış sistemlərin layihələndirilməsi təcrübəsi (miqyaslanma, nasazlıqlara davamlılıq, təhlükəsizlik);REST API, mesaj brokerləri (Kafka və ya RabbitMQ) və Redis ilə iş təcrübəsi;Oracle və ya PostgreSQL üzrə güclü SQL bilikləri;OAuth 2.0, JWT və OWASP təhlükəsiz proqramlaşdırma prinsipləri üzrə biliklər;Git, CI/CD, Docker, Kubernetes və avtomatlaşdırılmış testlər üzrə təcrübə;Güclü analitik düşüncə, komanda üzvlərinə mentorluq etmək və işin nəticəsinə görə məsuliyyət daşımaq bacarığı;Üstünlük: bank, fintech və ya ödəniş sistemlərində təcrübə, ingilis və rus dili bilikləri.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
