Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
KPI göstəricilərinin izlənilməsi, kənarlaşmaların və trendlərin vaxtında müəyyən
edilməsi;
Müxtəlif mənbələrdən məlumatların toplanması, təmizlənməsi və
vahid bazada birləşdirilməsi;
Rəqəmlər əsasında təhlillərin aparılması,
nəticələrin çıxarılması və qısa, aydın xülasələrin hazırlanması;
Gündəlik, həftəlik və aylıq hesabatların müntəzəm və vaxtında
hazırlanması;
Layihələrin icra vəziyyətinin izlənilməsi və mümkün
gecikmələr barədə direktorun vaxtında məlumatlandırılması;
Görüşlərin
təşkili, protokolların hazırlanması və verilən tapşırıqların icrasının izlənilməsi;
Departamentlərarası koordinasiyanın təmin edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, XLOOKUP/VLOOKUP, Power
Query, şərti formatlama və dinamik cədvəllər);
Power BI proqramı ilə
işləmək bacarığı (məlumat modellərinin qurulması, DAX-ın əsasları və interaktiv dashboardların
hazırlanması);
PowerPoint proqramında rəhbərlik üçün aydın və vizual
təqdimatlar hazırlamaq bacarığı;
SQL üzrə baza biliklərinin olması
(verilənlər bazasından məlumatların əldə edilməsi) üstünlükdür;
Layihə
idarəetməsinin əsasları (layihə mərhələləri, son icra tarixləri, risklər və məsuliyyət bölgüsü) üzrə
biliklər;
Diqqətlilik və dəqiqlik;
Eyni vaxtda bir neçə tapşırığı idarə etmək və prioritetləri müəyyənləşdirmək
bacarığı;
Məxfi məlumatlarla işləməkdə etibarlılıq;
Proaktivlik, problemləri vaxtında müəyyən etmək və həll yolları təklif etmək
bacarığı;
Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
Gərgin iş rejimində və qısa icra müddətləri çərçivəsində işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
İqtisadiyyat, biznesin idarə edilməsi, statistika, informasiya texnologiyaları və ya
oxşar ixtisaslar üzrə ali təhsil;
Analitika, hesabatlıq və ya inzibati
dəstək sahəsində ən azı 1–3 il iş təcrübəsi;
ERP sistemləri (Logo Tiger,
1C, SAP və s.) ilə işləmək təcrübəsi üstünlükdür;
Pərakəndə satış və ya
FMCG sahəsində iş təcrübəsi üstünlükdür.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5
gün);
İş saatları:
09:00-18:00;
İş yeri: Bakı,
Aşıq Molla Cümə küç. 46 D.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli
əməkhaqqı;
Peşəkar komanda
mühiti;
Nahar;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə
“Layihələrin idarə edilməsi üzrə mütəxəssis”yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə
saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
