Vakansiya haqqında
Vəzifə öhdəlikləri
İrihəcmli mülki və sənaye obyektlərinin layihələndirilməsi üzrə təcrübənin olması;
Layihələrin FHN ekspertizasından keçirilməsi prosesində və icra mərhələsində müəllif nəzarətinin aparılması, bu mərhələlərdə fəal iştirak;
Layihənin digər bölmələri ilə uzlaşdırılmış şəkildə işləmək, planlaşdırmanı və texniki uyğunluğu təmin etmək;
Müxtəlif ixtisaslaşdırılmış layihə qrupları arasında məlumat mübadiləsinin səmərəli təşkili;
Çap və təqdimat mərhələsindən əvvəl sənədlərin FHN ekspertiza tələblərinə uyğunluğunun yoxlanılması və təmin edilməsi;
Layihə sənədləri əsasında texniki spesifikasiyaların və həcm göstəricilərinin dəqiq hesablanması.
Tələblər
Revit proqramında yüksək səviyyədə işləmək bacarığı;
Memarlıq ixtisası üzrə ali təhsil;
Layihəçi memar kimi minimum 7-8 il iş təcrübəsi;
Eskiz və işçi layihələrin Azərbaycan Respublikasında qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanmasında yüksək təcrübə, bu, mütləq şərtdir;
Müxtəlif təyinatlı layihələrin FHN ekspertiza tələblərinə uyğun hazırlanması və həcmlərin çıxarılması üzrə təcrübə;
Tikinti materialları, texnologiyalar və quraşdırma prosesləri barədə biliklər;
Layihənin müxtəlif mərhələlərində, o cümlədən eskiz, ilkin təklif, işçi və icra mərhələlərində həcmlərin müvafiq formatda hazırlanması bacarığı;
Vaxtında və keyfiyyətli nəticə göstərmək bacarığı;
Qrafikə uyğun işləmək və müəyyən edilmiş son tarixlərə riayət etmək;
Gərgin iş şəraitində və qısa müddətli tapşırıqlar zamanı effektiv işləmək bacarığı;
Stressə davamlılıq və yüksək məsuliyyət hissi;
Yaradıcı yanaşma, detallara diqqət və təşəbbüskarlıq.
Qeydlər
Peşəkar və dinamik kollektivdə, inkişaf yönümlü iş mühitində əməkdaşlıq;
Komanda işi və qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq mədəniyyəti;
Tapşırıqların yerinə yetirilməsində müvafiq iş çərçivələrinə riayət etməklə səmərəli və keyfiyyətli icra;
Şirkətin iş qaydalarına və prosedurlarına hörmətlə yanaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini cv@nwconstruction.com və ya hr@nwconstruction.com ünvanına göndərmələri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Layihəçi memar” qeyd edilməsi vacibdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
