Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Heptagon Group

Memar

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

HEPTAGON GROUP MMC memarlıq, dizayn və tikinti layihələrində çalışmaq üçün 5 ildən artıq iş təcrübəsinə malik memar axtarır. Restoran və hotel layihələrinin memarlıq həlləri, interyer layihələndirilməsi və icrası üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir. Namizədə tələblər: Memarlıq ixtisası üzrə ali təhsil; Memarlıq və layihələndirmə sahəsində 5 ildən artıq iş təcrübəsi; İngilis və rus dilləri üzrə ən azı orta səviyyədə bilik; AutoCAD proqramında sərbəst işləmək, Revit və ya ArchiCAD proqramlarından birini bilmək; 3ds Max, SketchUp və vizuallaşdırma proqramları ilə işləmək bacarığı üstünlükdür; Konsept layihədən işçi layihəyə qədər memarlıq sənədlərini hazırlamaq bacarığı; Plan, kəsik, görünüş, fasad, konstruktiv birləşmə və interyer detallarını işləmək bacarığı; Tikinti və tamamlama materialları, tətbiq texnologiyaları və layihələndirmə normaları üzrə bilik; Memarlıq həllərini konstruksiya və mühəndis sistemləri ilə əlaqələndirmək bacarığı; Məsuliyyətlilik, detallara diqqət, komanda ilə işləmək və tapşırıqları müəyyən edilmiş müddətdə yerinə yetirmək bacarığı. Vəzifə öhdəlikləri: Obyekt üzrə ölçülərin götürülməsi və mövcud vəziyyət planlarının hazırlanması; Sifarişçinin tələblərinə uyğun funksional planlaşdırma, memarlıq və interyer həllərinin işlənməsi; İşçi çertyojların, detal və qovşaqların, material spesifikasiyalarının hazırlanması; Restoran və hotel layihələrində qonaq, personal və xidmət axınlarının, mətbəx və köməkçi sahələrin düzgün planlaşdırılması; HVAC, elektrik, su-kanalizasiya və yanğın təhlükəsizliyi bölmələri ilə layihə koordinasiyasının aparılması; Tikinti sahəsində işlərin layihəyə uyğunluğuna müəllif nəzarətində iştirak və yaranan texniki məsələlər üzrə həllərin hazırlanması; Layihə dəyişikliklərinin çertyojlarda əks etdirilməsi və sənədlərin təhvilə hazırlanması. İş şəraiti və əmək haqqı: Əmək haqqı namizədin bilik, bacarıq və peşəkar təcrübəsinə əsasən, qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir; Müxtəlif təyinatlı memarlıq, interyer və tikinti layihələrində iştirak imkanı; Peşəkar inkişafına, yeni biliklər qazanmağa və mürəkkəb layihələr üzərində işləməyə marağı olan namizədlər dəvət olunur. Sınaq müddəti əsasında özünü doğruldan namizədlərlə yola davam ediləcək

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.