Vakansiya haqqında
İş yeri: Bakı
Shaurma N1 komandası üçün AutoCAD bilikləri olan, estetik baxışı güclü və məkan planlaşdırmasını bacaran Memar – layihələndirmə üzrə mütəxəssis axtarılır.
Vəzifə öhdəlikləri
Obyektlərə gedərək yerində ölçü götürmək;
Toplanmış ölçüləri əl eskizində və plan üzərində düzgün qeyd etmək;
Ölçüləri AutoCAD proqramında dəqiq plan və texniki çertyoja çevirmək;
Mövcud obyektlərin planlarını hazırlayıb layihələndirmə şöbəsinə təqdim etmək;
Kafe və restoranları real ölçülərə uyğun şəkildə layihələndirmək;
Restoranların funksional planlaşdırılmasını aparmaq, mebel və avadanlıqların yerləşimini işləmək;
Layihələr üzrə tələb olunan düzəlişləri və yenilənmələri icra etmək;
Layihələri təqdimat və sonrakı icra mərhələsinə hazırlamaq.
Namizədə dair tələblər
Mütləq tələblər
AutoCAD proqramını yaxşı səviyyədə bilmək;
Obyektlərdə ölçü götürmək və ölçüləri layihəyə düzgün köçürmək bacarığı;
Plan və texniki çertyojları oxumaq və hazırlamaq bacarığı;
Məkanın funksional və düzgün planlaşdırılması üzrə biliklər;
Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
Microsoft Word və digər ofis proqramları barədə ümumi biliklər.
Üstünlük hesab olunur
SketchUp proqramında işləmək bacarığı;
5D Render proqramlarında işləmək bacarığı;
Lumion proqramını bilmək;
3D modelləşdirmə və vizuallaşdırma üzrə ilkin və ya orta səviyyədə təcrübə.
Namizəddən gözləntilər
Güclü estetik zövq və dizayn düşüncəsi;
Rəng seçimi və rənglərin uyğunlaşdırılması bacarığı;
Məkanın imkanlarını düzgün dəyərləndirmək bacarığı;
Detallara qarşı diqqətli və dəqiq yanaşma;
Ölçülər və texniki çertyojlarla səhvsiz işləməyə həssas münasibət;
Verilən tapşırıqları müstəqil araşdırmaq və nəticəyə çatdırmaq bacarığı;
Komanda ilə işləmək və layihələr üzrə düzəlişləri operativ tətbiq etmək bacarığı;
Obyektlərə yerində baxış və ölçü götürmək üçün səfərlərə hazır olmaq.
İş prosesinin əsas mərhələləri
Obyektə yerində baxış → Ölçülərin götürülməsi → Əl eskizi → AutoCAD planı → Layihənin hazırlanması və məkanın funksional planlaşdırılması → Konseptin obyektin real ölçülərinə uyğunlaşdırılması → Təqdimat → Düzəlişlər → Yekun layihə
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini və varsa hazırladıqları layihə portfoliolarını mövzu hissəsində “Memar – Layihələndirmə üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Qeyd: AutoCAD proqramı üzrə biliklər əsas və mütləq tələbdır. SketchUp, 5D Render və Lumion proqramlarını bilmək namizəd üçün əlavə üstünlük sayılır.
Shaurma N1 komandasında karyera imkanına qoşulun!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
