Vakansiya haqqında
Struktur bölmə: Satış
departamenti – Korporativ satış şöbəsi
Vəzifə
öhdəlikləri:
Yeni korporativ müştərilərin cəlb edilməsi,
uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması və satış prosesinin effektiv idarə
olunması;
Korporativ
müştərilərin biznes fəaliyyətinin, sığorta ehtiyaclarının və risk xüsusiyyətlərinin təhlil edilməsi, onların
tələblərinə uyğun kompleks və fərdi sığorta həllərinin hazırlanmasının koordinasiyası;
Korporativ müştərilərin işçi heyətinə və əmlaklarına
çarpaz satışların təşkili və bu istiqamətdə aidiyyəti struktur bölmələrlə əməkdaşlığın təmin
edilməsi;
Mürəkkəb və
yüksək riskli sığorta təkliflərinin hazırlanması zamanı Anderraytinq və digər aidiyyəti struktur bölmələrlə
koordinasiyanın həyata keçirilməsi;
Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı
əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri
ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;
Debitor borcların minimuma endirilməsi və ödənişlərin
müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;
Korporativ satış proseslərinin təkmilləşdirilməsi, yeni müştəri cəlbi və mövcud
portfelin inkişafı istiqamətində təşəbbüslərin irəli sürülməsi.
Namizədə olan tələblər:
Ali təhsil;
İş təcrübəsi: sığorta, satış və ya korporativ
müştərilərlə iş üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və
ya ingilis dili biliyi arzuolunandır;
MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək
bacarığı;
Yüksək
kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və
nəticəyönümlülük;
İri
korporativ müştəri portfelinin müstəqil idarə edilməsi, mürəkkəb kommersiya danışıqlarının aparılması və
uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması üzrə təcrübə;
Kompleks sığorta təkliflərinin hazırlanması və satış
nəticələrinin təhlili bacarığı.
İş şərtləri:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
əsasən sənədləşmə;
İş
vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
İş yeri: Bakı şəhəri,Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar:
Karyera və peşəkar inkişaf üçün
imkanlar;
Peşəkar komandada
işləmək imkanı;
Tibbi
sığorta təminatı;
Push30.az
xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Zəhmət olmasa, mövzu bölməsində “Korporativ satış
üzrə baş mütəxəssis” qeyd etməklə CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun
gələn namizədlər müsahibəyə dəvət ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
