Vakansiya haqqında
Təsvir
Hədəf auditoriyanın maraqlarına və şirkətin marketinq məqsədlərinə uyğun kontent strategiyalarının hazırlanması və icrası;
Veb-sayt, bloq, sosial media, video və digər rəqəmsal platformalar üçün yaradıcı və cəlbedici məzmunun hazırlanması;
Reklam mətnlərinin və sloqanların yazılması, redaktəsi, həmçinin rus və ingilis dillərinə adaptasiyası;
SEO tələblərinə uyğun mətnlərin, bloq yazılarının və digər rəqəmsal məzmunun hazırlanması;
Şirkətin veb-saytındakı mövcud kontentin təhlili və onun təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
Kontentin həm vizual, həm də məzmun baxımından effektivliyini təmin etmək üçün dizayn komandası ilə sıx əməkdaşlıq edilməsi;
Rəqiblərin rəqəmsal platformalardakı fəaliyyətinin və kontent strategiyalarının təhlil olunması;
Kontent təqviminin hazırlanması və mütəmadi idarə edilməsi, məzmunun müvafiq platformalarda vaxtında paylaşılmasının təmin edilməsi;
Kontent trendlərinin, auditoriya ehtiyaclarının və yeni texnoloji həllərin izlənməsi, onların kontent proseslərinə tətbiqi;
Hazırlanan məzmunun Azərbaycan dilinin orfoqrafik, qrammatik və üslub normalarına uyğunluğunun təmin edilməsi.
Tələblər
Ali təhsil;
Kopiraytinq, kontent yaradılması və ya rəqəmsal marketinq sahəsində, korporativ mühitdə və ya reklam agentliyində minimum 3 il iş təcrübəsi;
CMS platformaları ilə işləmək bacarığı;
Microsoft Office proqramları və SEO alətləri ilə işləmək bacarığı;
Azərbaycan dilində sərbəst və yüksək səviyyədə yazı və ünsiyyət bacarığı;
İngilis dili əla, rus dili yaxşı səviyyədə;
Süni intellekt alətlərindən kontent yaradılması və optimallaşdırılması məqsədilə effektiv istifadə bacarığı;
Güclü yazılı kommunikasiya, kreativ yanaşma və mətn redaktəsi bacarıqları;
Analitik düşünmə, araşdırma və məlumatları təhlil etmə qabiliyyəti;
Operativlik, dəqiqlik, məsuliyyətlilik və yüksək icraçılıq bacarığı;
Komanda ilə işləmək və müxtəlif funksional istiqamətlərlə effektiv əməkdaşlıq etmək bacarığı;
Rəqəmsal texnologiyalar və kontent sahəsində yeniliklərdən xəbərdar olmaq üstünlükdür.
Vakansiya növü
Tam ştat
Müraciət
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
