Vakansiya haqqında
Bakıda TikTok kontent yaradıcısı axtarılır və yaradıcı, kamera qarşısında sərbəst çıxış edə bilən namizədlər müraciət edə bilər.
Vəzifə öhdəlikləri
TikTok üçün gündəlik kontent videolarının hazırlanmasında və çəkilişində iştirak etmək;
Kamera qarşısında məhsul və kampaniyaları təqdim etmək;
Trend olan TikTok formatlarını izləyərək uyğun məzmun hazırlamaq;
Kreativ video ideyalarının hazırlanmasına töhfə vermək;
Şirkət məhsullarını cəlbedici və satışa yönəlmiş şəkildə təqdim etmək;
TikTok canlı yayımlarında iştirak etmək və məhsul təqdimatı aparmaq;
Video çəkilişi prosesində komanda ilə əməkdaşlıq etmək;
Paylaşılan kontentlərin performansının artırılmasına dəstək göstərmək.
Tələblər
Yaş həddi: 18-28;
Kamera qarşısında sərbəst və inamlı çıxış bacarığı;
TikTok trendləri və qısa video formatları barədə anlayış;
Kreativ düşüncə və improvizasiya qabiliyyəti;
Aktiv, enerjili və kommunikativ olmaq;
Satış yönümlü təqdimat bacarığı;
Canlı yayımların aparılması;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, rus dili üstünlükdür.
Üstünlükdür
TikTok və ya Instagram Reels kontent təcrübəsi;
Portfolio;
CapCut və ya digər montaj proqramları ilə işləmək bacarığı;
Influencer və ya creator təcrübəsi;
TikTok Live təcrübəsi;
Uşaq məhsulları və ya pərakəndə sahəsində təcrübə.
Təklif edilən şərtlər
İş qrafiki: tam iş günü;
6 günlük iş rejimi;
Azərbaycan Respublikası qanunvericiliyinə əsasən rəsmi qeydiyyat;
Karyerada yüksəlmək imkanı;
Əmək haqqı: 700 AZN+Bonus.
Təcrübəsi olmayan, amma özündə potensial və öyrənmə həvəsi görən namizədlər də müraciət edə bilərlər.
Mövzu hissəsində “TikToker (Kontent yaradıcısı)” qeyd edərək şəkilli CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
Əlaqə: 055 214 22 63
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
