Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Knight Academy

SMM / Mobiloqraf (Kontent Kreator)

600 AZN

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Knight Academy Xətai rayonunda premium dil və imtahan hazırlığı akademiyasıdır: General English, IELTS, SAT, alman dili və xaricdə təhsil. Sosial şəbəkələrimizi tam idarə edəcək, enerjili və ideyalarla dolu kontent kreator axtarırıq: videonu özü çəkən, özü montaj edən və işini süni intellektlə sürətləndirən birini. Vəzifələr Instagram və TikTok üçün Reels, post və story-ləri planlaşdırmaq, çəkmək, montaj etmək və paylaşmaq Hər həftə yeni ideyalar gətirmək və onları həyata keçirmək Müəllim və tələbələrlə çəkilişlər təşkil etmək, insanları kameranın qarşısına gətirmək Hər iş günü akademiyanın həyatından story-lər paylaşmaq Reklam üçün video və vizuallar hazırlamaq Şərhlərə cavab vermək və yazanları WhatsApp-a yönləndirmək Ay sonunda qısa hesabat: rəqəmlər və nəyin işlədiyi Tələblər Video çəkir və montaj edir (CapCut və ya oxşar proqram) Süni intellekt alətlərindən (ChatGPT, Claude və s.) gündəlik işdə inamla istifadə edir Azərbaycan dilində səlis və savadlı yazır Rus və ya ingilis dilini ən azı danışıq səviyyəsində bilir Enerjilidir və təşəbbüskardır: ideyanı tapşırıq gözləmədən gətirir Nəticəni düşünür və işi yarımçıq qoymur İradı sakit qəbul edir və növbəti dəfə düzəldir Təklif edirik Tam ştat, ofisdə iş (Xətai rayonu) Əmək haqqı: 600 AZN Süni intellekt abunəliyi akademiyanın hesabına Kiçik komanda: işinizin nəticəsini birbaşa görürsünüz Necə müraciət etməli CV-nizi və portfolionuzu knightacademyedu@gmail.com ünvanına göndərin. Mövzu: «SMM — Ad Soyad». CV Portfolio: çəkdiyiniz və ya montaj etdiyiniz ən azı 1 videonun linki (Instagram, TikTok, YouTube və ya Google Drive)

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar