Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Aviation Services Group →

Kibertəhlükəsizlik üzrə menecer

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Aviation Services Group Kibertəhlükəsizlik üzrə Menecer vəzifəsi üzrə yeni əməkdaş axtarır. Vəzifə öhdəlikləri Cəmiyyətin informasiya sistemləri və infrastrukturunun kibertəhlükəsizliyini təmin etmək; İnformasiya təhlükəsizliyi ilə bağlı qanunvericilik və daxili qaydaların tələblərinə əməl olunmasına nəzarət etmək; İnformasiya təhlükəsizliyi üzrə siyasət və prosedurların hazırlanması və tətbiqi prosesində iştirak etmək; Kibertəhlükəsizlik risklərini analiz etmək və onların azaldılması üçün təkliflər vermək; Təhlükəsizlik insidentlərinin vaxtında müəyyən edilməsi və operativ şəkildə cavablandırılmasını təmin etmək; Kibertəhlükəsizlik məsələləri üzrə aidiyyəti dövlət qurumları və struktur bölmələri ilə əlaqələndirmə aparmaq; Əməkdaşların informasiya təhlükəsizliyi barədə məlumatlılığının artırılmasında iştirak etmək; Rəhbərlik tərəfindən kibertəhlükəsizlik sahəsində verilən digər tapşırıqları icra etmək. Tələblər Ali təhsil: informasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi və ya uyğun ixtisas; İş təcrübəsi: informasiya təhlükəsizliyi və ya kibertəhlükəsizlik sahəsində minimum 3 il təcrübə (aviasiya sahəsində təcrübə üstünlükdür); CompTIA Security+, ISO/IEC 27001 və ya oxşar sertifikatlar üstünlük hesab olunur; MS Office biliyi; şəbəkə təhlükəsizliyi alətləri (firewall, IDS/IPS, SIEM, EDR); Windows və Linux əməliyyat sistemləri; zəiflik skan etmə alətləri; Azərbaycan Respublikasının kibertəhlükəsizlik və fərdi məlumatlar üzrə qanunvericiliyini bilmək; ISO/IEC 27001, NIST CSF və ya analoji beynəlxalq standartlar barədə biliklər; Risklərin qiymətləndirilməsi və insidentlərin idarə olunması bacarığı; Bulud xidmətlərinin təhlükəsizliyi üzrə biliklər; Analitik yanaşma, məsuliyyətlilik və məxfilik qaydalarına riayət etmək; Stresli vəziyyətlərdə çevik qərar qəbul etmək bacarığı; Zərurət yarandıqda iş vaxtından kənar insidentlərə reaksiya verməyə hazır olmaq; Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dilləri yaxşı səviyyədə. İş şəraiti Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun tənzimlənir; İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu; İş qrafiki: tam ştat, həftədə 5 gün, saat 10:00-dan 19:00-dək; Şirkət Koroğlu m/st-dən ödənişsiz servis nəqliyyatı təqdim edir. Maraqlanan namizədlər “Müraciət et” düyməsində göstərilən linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

İT menecer

TAİS İKF

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
İnformasiya texnologiyaları (İT)
Vezife.az Aktiv vakansiya
Ətraflı

Menecer

KaryeraKadr

700 – 800 AZN

Şəhər
Bakı
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Boss.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.