Vakansiya haqqında
Aviation Services Group Kibertəhlükəsizlik üzrə Menecer vəzifəsinə işçi axtarışını elan edir.
Vəzifə borcları:
Cəmiyyətin informasiya sistemlərinin və infrastrukturunun kibertəhlükəsizliyini təmin etmək;
İnformasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin və daxili normativ sənədlərin tələblərinə əməl olunmasına nəzarət etmək;
İnformasiya təhlükəsizliyi üzrə siyasət və prosedurların hazırlanmasında və tətbiqində iştirak etmək;
Kibertəhlükəsizlik risklərini qiymətləndirmək və onların azaldılması üçün tədbirlər təklif etmək;
Təhlükəsizlik insidentlərinin aşkarlanmasını və onlara vaxtında reaksiya verilməsini təmin etmək;
Aidiyyəti dövlət qurumları və struktur bölmələri ilə kibertəhlükəsizlik məsələləri üzrə qarşılıqlı əlaqə qurmaq;
Əməkdaşların informasiya təhlükəsizliyi üzrə məlumatlılığının artırılmasında iştirak etmək;
Rəhbərliyin kibertəhlükəsizlik sahəsində verdiyi digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
Ali təhsil - İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi və ya əlaqəli ixtisas;
Iş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya kibertəhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi (aviasiya sahəsində təcrübə üstünlükdür);
CompTIA Security + ISO/IEC 27001 və ya oxşar sertifikatların olması üstünlükdür;
Kompüter proqramları bilikləri: MS Office; şəbəkə təhlükəsizliyi vasitələri (firewall, IDS/IPS, SIEM, EDR); Windows və Linux əməliyyat sistemləri; zəifliklərin skan edilməsi alətləri
Kibertəhlükəsizlik və fərdi məlumatlar sahəsində Azərbaycan Respublikasının qanunvericiliyini bilmək;
ISO/IEC 27001, NIST CSF və ya oxşar beynəlxalq standartları bilmək;
Risklərin qiymətləndirilməsi və insidentlərin idarə edilməsi bacarığı;
Bulud xidmətlərinin təhlükəsizliyi üzrə biliklər;
Analitik düşüncə, məsuliyyət və konfidensiallığa riayət;
Stres altında operativ qərar qəbul etmək bacarığı;
Zərurət yarandıqda iş vaxtından kənar insidentlərə reaksiya verməyə hazır olmaq;
Dil bilikləri: Azərbaycan dili - əla; ingilis və rus dilləri – yaxşı səviyyədə bilmək.
İş Şəraiti:
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu
İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 10:00-dan 19:00-dək).
Şirkət Koroğlu m/st ödənişsiz servis nəqliyyatı təmin edir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
