Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

TAİS İKF

İT menecer

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İT menecer vakansiyası üzrə şirkətimizin İT infrastrukturunu, korporativ sistemlərini və texnoloji proseslərini idarə edəcək təcrübəli mütəxəssis axtarırıq. Vəzifə öhdəlikləri Şirkətin İT infrastrukturunun, korporativ informasiya sistemlərinin və İT xidmətlərinin idarə olunması İT komandasının işinin təşkili, vəzifələrin bölüşdürülməsi və tapşırıqların icrasına nəzarət İT layihələrinin hazırlanması, planlaşdırılması, işlənməsi, tətbiqi və koordinasiyasında aktiv iştirak Yeni proqram təminatlarının, innovativ texnologiyaların və alternativ həllərin araşdırılması, müqayisəli təhlili Şirkətin inkişafına yönəlmiş strateji texnoloji təkliflərin hazırlanması və təqdim edilməsi Süni intellekt və avtomatlaşdırma həllərinin biznes proseslərində tətbiq imkanlarının araşdırılması və pilot layihələrin təşkili ERP, CRM, HRM və digər korporativ sistemlərin tətbiqi, inkişafı və inteqrasiyasının koordinasiyası İnformasiya təhlükəsizliyi, məlumatların ehtiyat nüsxələnməsi, bərpası və İT xidmət keyfiyyətinə nəzarət IP telefoniya (PBX/VoIP), CCTV və şəbəkə təhlükəsizliyi sistemlərinin idarə olunmasının koordinasiyası İT təchizatçıları ilə əməkdaşlıq, satınalma proseslərində iştirak və texniki təkliflərin qiymətləndirilməsi İT büdcəsinin planlaşdırılmasında və texnoloji risklərin qiymətləndirilməsində iştirak İT siyasətlərinin, prosedurlarının və texniki sənədlərin hazırlanması, idarə olunması və aktual saxlanılması Namizədə tələblər İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya müvafiq sahədə ali təhsil İT sahəsində minimum 5 il, o cümlədən idarəetmə və ya layihələrin koordinasiyası üzrə minimum 3 il təcrübə Server, şəbəkə, virtualizasiya, informasiya təhlükəsizliyi və backup sistemləri üzrə güclü texniki biliklər Windows Server, Linux, Active Directory, DNS, DHCP, GPO və virtualizasiya texnologiyaları üzrə biliklər Şəbəkə texnologiyaları, TCP/IP, VLAN, VPN, Routing, Switching və Firewall prinsipləri üzrə biliklər ERP, CRM və digər korporativ informasiya sistemləri üzrə biliklər IP PBX, SIP, VoIP və korporativ telefoniya sistemlərinin iş prinsipləri üzrə biliklər CCTV, IP kameralar, NVR, videoarxiv və videomüşahidə sistemlərinin inteqrasiyası üzrə biliklər Süni intellekt alətləri ilə peşəkar səviyyədə işləmək, AI əsaslı biznes həllərini və avtomatlaşdırma imkanlarını qiymətləndirmək bacarığı İT layihələrini idarə etmək, texniki tapşırıqlar hazırlamaq və biznes tələblərini təhlil etmək bacarığı Yeni texnologiyaları araşdırmaq, alternativləri müqayisə etmək və strateji texnoloji təkliflər hazırlamaq bacarığı İT sənədləşməsi, siyasət, prosedur və texniki standartların hazırlanması və idarə edilməsi bacarığı İT satınalmaları, lisenziyalaşdırma və təchizatçılarla əməkdaşlıq üzrə biliklər Dil bilikləri Azərbaycan dili: Şifahi və yazılı ünsiyyət bacarıqları yüksək səviyyədə Rus dili: Şifahi və yazılı şəkildə fikrini ifadə etmək bacarığı İngilis dili: Şifahi və yazılı ünsiyyət bacarıqları yüksək səviyyədə Üstünlük veriləcək ITIL, PMP, PRINCE2 və digər müvafiq biliklər Proxmox VE, VMware, Hyper-V, Microsoft 365 və backup texnologiyaları üzrə təcrübə Ubiquiti UniFi, Cisco və Huawei şəbəkə həlləri üzrə biliklər Fortinet FortiGate, Firewall siyasətləri və VPN təhlükəsizliyi üzrə biliklər HPE ProLiant və Dell PowerEdge server sistemləri üzrə biliklər Kaspersky Security Center üzrə biliklər Grandstream, 3CX və Yealink IP telefoniya həlləri ilə iş təcrübəsi Dahua və Hikvision CCTV sistemləri ilə iş təcrübəsi Rəqəmsal transformasiya, AI və avtomatlaşdırma layihələrində təcrübə Çoxfiliallı korporativ mühitdə İT idarəetmə təcrübəsi İş şəraiti İş qrafiki: 6 günlük iş rejimi, şənbə qısa iş günüdür İş saatı: 09:00 – 17:00 Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir İş yeri: Bakı, Nərimanov rayonu Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İT Menecer (IT Manager)” qeyd etməklə Müraciət et düyməsində göstərilən e-poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.