Vakansiya haqqında
Aviation Services Group Kibertəhlükəsizlik üzrə Menecer vəzifəsinə işçi
axtarışını elan edir.
Vəzifə borcları:
Cəmiyyətin informasiya sistemlərinin və infrastrukturunun kibertəhlükəsizliyini
təmin etmək;
İnformasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin və
daxili normativ sənədlərin tələblərinə əməl olunmasına nəzarət etmək;
İnformasiya təhlükəsizliyi üzrə siyasət və prosedurların hazırlanmasında və tətbiqində iştirak
etmək;
Kibertəhlükəsizlik risklərini qiymətləndirmək və onların
azaldılması üçün tədbirlər təklif etmək;
Təhlükəsizlik insidentlərinin
aşkarlanmasını və onlara vaxtında reaksiya verilməsini təmin etmək;
Aidiyyəti dövlət qurumları və struktur bölmələri ilə kibertəhlükəsizlik məsələləri üzrə
qarşılıqlı əlaqə qurmaq;
Əməkdaşların informasiya təhlükəsizliyi üzrə
məlumatlılığının artırılmasında iştirak etmək;
Rəhbərliyin
kibertəhlükəsizlik sahəsində verdiyi digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
Ali təhsil - İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya
təhlükəsizliyi və ya əlaqəli ixtisas;
Iş təcrübəsi: İnformasiya
təhlükəsizliyi və ya kibertəhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi (aviasiya sahəsində təcrübə
üstünlükdür);
CompTIA Security + ISO/IEC 27001 və ya oxşar
sertifikatların olması üstünlükdür;
Kompüter proqramları bilikləri: MS
Office; şəbəkə təhlükəsizliyi vasitələri (firewall, IDS/IPS, SIEM, EDR); Windows və Linux əməliyyat sistemləri;
zəifliklərin skan edilməsi alətləri
Kibertəhlükəsizlik və fərdi
məlumatlar sahəsində Azərbaycan Respublikasının qanunvericiliyini bilmək;
ISO/IEC 27001, NIST CSF və ya oxşar beynəlxalq standartları bilmək;
Risklərin qiymətləndirilməsi və insidentlərin idarə edilməsi bacarığı;
Bulud xidmətlərinin təhlükəsizliyi üzrə biliklər;
Analitik düşüncə, məsuliyyət və konfidensiallığa riayət;
Stres altında operativ qərar qəbul etmək bacarığı;
Zərurət yarandıqda iş vaxtından kənar insidentlərə reaksiya verməyə hazır
olmaq;
Dil bilikləri: Azərbaycan dili - əla; ingilis və rus dilləri –
yaxşı səviyyədə bilmək.
İş Şəraiti:
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında
tənzimlənir
İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq
Aeroportu
İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 10:00-dan
19:00-dək).
Şirkət Koroğlu m/st ödənişsiz servis nəqliyyatı təmin
edir.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
