Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerlərdə məhsul
çeşidliyi və qiymət təklifləri ilə bağlı təqdimatların keçirilməsi, yeni satış imkanlarının müəyyənləşdirilməsi və
müştəri portfelinin genişləndirilməsi;
Müştərilərdən daxil olan
sorğuların təhlili, tələblərə uyğun qiymət və kommersiya təkliflərinin hazırlanması və təqdim
edilməsi;
Müştərilər, vendorlar və təchizatçılarla məhsul, qiymət,
mövcudluq və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
Müqavilələrin hazırlanması və bağlanması prosesinin əlaqələndirilməsi, qiymətlərin
razılaşdırılması protokollarının və təhvil-təslim sənədlərinin tərtib edilməsi;
Sifarişlərin qəbulundan təhvil verilməsinədək prosesin aidiyyəti bölmələrlə koordinasiyası və
razılaşdırılmış şərtlərin icrasının izlənilməsi;
Satış və tender
sənədlərinin sistemli uçotunun aparılması, görülən işlər və satış nəticələri barədə hesabatların
hazırlanması.
Namizədə tələblər
Cinsi: Bəy namizəd
Ali təhsil —
iqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya informasiya texnologiyaları üzrə təhsil üstünlük hesab
olunur;
Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi, yeni
müştərilərin cəlb edilməsi və satış hədəflərinin yerinə yetirilməsi üzrə nümayiş etdirilə bilən
nəticələr;
B2B satış prosesini potensial müştərinin
müəyyənləşdirilməsindən müqavilənin bağlanmasına və sifarişin icrasının izlənilməsinədək müstəqil idarə etmək
bacarığı;
1C proqramını yüksək səviyyədə bilmək;
Maya dəyəri, satış qiyməti, mənfəət marjası və endirimlərin maliyyə nəticələrini hesablamaq,
kommersiya baxımından əsaslandırılmış təkliflər hazırlamaq bacarığı;
Müştəri portfelini sistemli idarə etmək, satış proqnozları hazırlamaq və fəaliyyət nəticələri
barədə dəqiq hesabat təqdim etmək bacarığı;
Yüksək iş tempi və paralel
sorğular şəraitində prioritetləri düzgün müəyyənləşdirmək, vaxt məhdudiyyətləri daxilində dəqiqliyi və iş
keyfiyyətini qorumaq bacarığı;
Analitik düşüncə, kommersiya yönümlü
yanaşma, təşəbbüskarlıq, məsuliyyətlilik və kommersiya məlumatlarının məxfiliyinə riayət etmək;
Rus və ingilis dillərində işgüzar ünsiyyət bacarığı, həmçinin yerli korporativ bazarda
formalaşmış müştəri portfeli və işgüzar əlaqələrin olması üstünlük hesab olunur.
İş şəraiti
İş yeri: Bakı
İş rejimi: Tam iş günü,
5/2
Əmək haqqı: 700 AZN net sabit maaş + əlavə
olaraq mənfəətə bağlı bonus (2000 AZN).
CV-nizi və portfolionuzu Korporativ satış üzrə
meneceri başlığı iləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
