Vakansiya haqqında
ALARNA — mühasibat uçotunun avtomatlaşdırılması, eləcə də istehsal, pərakəndə və maliyyə
təşkilatları üçün kompleks proqram həllərinin hazırlanması və tətbiqi sahəsində 20 ildən artıq təcrübəyə malik
konsaltinq şirkətidir.
Genişlənən komandamıza qoşulacaq, kadr uçotu və əməkhaqqı proseslərini 1C platformasında
müştərilərin real layihələrində qurmaq, tətbiq etmək və istifadəçilərə dəstək göstərmək istəyən “Kadrlar üzrə 1C
məsləhətçi” axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Müştərilərin kadr uçotu və əməkhaqqı proseslərini təhlil etmək, biznes tələbləri
toplamaq və sənədləşdirmək;
1C:Əməkhaqqı və personalın idarə edilməsi
(1C:ZUP) və ya 1C:ERP sistemlərinin kadr uçotu modulunun müştərilərdə tətbiqini və qurulmasını təmin
etmək;
Təşkilati struktur, ştat cədvəli, işçi məlumatları və digər
normativ-məlumat bazasının sistemə daxil edilməsi və ya köçürülməsi işlərini aparmaq;
İşə qəbul, başqa işə keçirmə, əmək müqaviləsinə dəyişiklik, məzuniyyət, ezamiyyət və xitam
əməliyyatlarının 1C-də düzgün əks olunmasını təmin etmək;
İş vaxtının
uçotu, əməkhaqqı hesablanması, vergi və sosial ödənişlərin Azərbaycan qanunvericiliyinə uyğun qurulmasında iştirak
etmək;
ƏMAS altsistemi ilə məlumat mübadiləsinin qurulması, məlumatların
yoxlanılması və uyğunlaşdırılması işlərini həyata keçirmək;
Əmrlər, əmək
müqavilələri, arayışlar və hesabatların çap formalarının qurulması və təkmilləşdirilməsi üzrə tapşırıqlar
vermək;
Texniki tapşırıqlar, funksional tələblər, metodoloji sənədlər və
istifadəçi təlimatları hazırlamaq;
Sistemin qəbul testlərini aparmaq,
yaranan xətaları araşdırmaq və proqramçılarla birgə həll etmək;
İstifadəçilər üçün təlim və konsultasiyalar keçirmək, tətbiqdən sonrakı dəstək xidmətini
göstərmək;
Əmək qanunvericiliyindəki dəyişikliklərə uyğun olaraq 1C
konfiqurasiyalarının yenilənməsində və yoxlanılmasında iştirak etmək.
Namizədə dair tələblər
İnsan resurslarının idarə edilməsi, iqtisadiyyat, hüquq, informasiya texnologiyaları
və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Kadr uçotu və ya əməkhaqqı
sahəsində minimum 2 il iş təcrübəsi;
1C:ZUP və ya 1C:ERP (kadr və
əməkhaqqı modulları) sistemlərində istifadəçi və ya məsləhətçi səviyyəsində praktiki təcrübə;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək münasibətlərini tənzimləyən normativ hüquqi
aktlar üzrə biliklər;
İşə qəbul, əmək müqaviləsinə dəyişiklik, xitam,
məzuniyyət və ezamiyyət proseslərinin sənədləşdirilməsi üzrə praktiki bilik;
Əməkhaqqı hesablanması, vergi və sosial sığorta (DSMF) ödənişləri üzrə
biliklər;
ƏMAS altsistemində işləmək bacarığı;
Biznes proseslərin təhlili və sənədləşdirilməsi bacarığı;
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
Rus dili biliyi (yazılı və şifahi), 1C interfeysi, sənədləşməsi və texniki ədəbiyyatla rus
dilində işləmək bacarığı;
Yazılı və şifahi kommunikasiya, komanda ilə
işləmək və problem həll etmə bacarıqları.
Üstünlük hesab olunur
1C üzrə peşəkar sertifikat;
1C:ZUP üzrə
praktiki layihə təcrübəsi;
1C:ERP üzrə əmək haqqı və kadr uçotu modulu
haqqında bilik;
Əmək haqqı hesablanması və kadr uçotu üzrə konsultant
kimi iş təcrübəsi;
Kadr uçotu və əməkhaqqı proseslərinin
avtomatlaşdırılması layihələrində iştirak təcrübəsi;
Konsaltinq və ya IT
şirkətində, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrlə iş təcrübəsi;
Şəxsi keyfiyyətlər
Məsuliyyətlilik və dəqiqlik;
Detallara
diqqət və sistemli yanaşma;
Analitik düşüncə və
təşəbbüskarlıq;
Məxfi məlumatlarla işləmək etikası;
Müştəriyönümlülük və effektiv ünsiyyət;
Komandada
işləmək və yeni bilikləri öyrənməyə həvəs.
Biz nə təklif edirik?
Stabil və inkişaf edən konsaltinq şirkətində iş imkanı;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Müxtəlif şirkətlər üzrə real kadr uçotu və 1C layihələrində iştirak;
1C sertifikatlaşdırma üçün təlim və mentorluq dəstəyi;
Peşəkar və dinamik komanda ilə iş;
Rəsmi əmək
müqaviləsi;
İş qrafiki: Bazar ertəsi – Cümə,
09:00–18:00.
Əməkhaqq, namizədin bilik və təcrübəsinə uyğun olaraq
müsahibə zamanımüəyyən ediləcək.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
