Vakansiya haqqında
Beauty Advisor – Clinique / Darphin / Origins / The Ordinary / Dr.Jart+
Biz premium kosmetika sahəsində enerjili və müştəriyönümlü mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri:
Müştərilərə məsləhət vermək və onların ehtiyaclarına uyğun məhsullar seçmək
Məhsulların təqdimatını və mini-servisləri həyata keçirmək
Müştərilərə səmimi, fərdiləşdirilmiş xidmət göstərmək və ilhamverici alış təcrübəsi yaratmaq
Satış və müştəri cəlbetmə hədəflərinə nail olmaq
Satış nöqtəsində yüksək səviyyəli vizual merchandayzinq standartlarını qorumaq
Brendin xüsusi aksiyalarında və tədbirlərində iştirak etmək
Tələblər:
Beauty retail sahəsində təcrübə arzuolunandır (Beauty Advisor / Makeup Artist / Beauty Consultant və s.)
İnsanlarla ünsiyyəti sevmək, dinləmək, ilham vermək və müştərini maarifləndirmək bacarığı
Aktivlik, təşəbbüskarlıq və dinamik mühitdə işləməyə hazırlıq
Ünsiyyətcillik və səliqəli, baxımlı görünüş
Dəyişən qrafiklə (həftəsonu və axşam növbələri daxil olmaqla) işləməyə hazırlıq
Dil bilikləri (mütləqdir):
Azərbaycan dili – sərbəst
Rus dili – sərbəst
İngilis dili – müştərilərlə ünsiyyət səviyyəsində (intermediate və yuxarı)
Biz təklif edirik:
Premium brendlərlə işləmək imkanı
Məhsullar və satış texnikaları üzrə təlimlər
Müasir və peşəkar iş mühiti
KPI və bonus sistemi
Peşəkar inkişaf və karyera artımı üçün imkanlar
Əmək haqqı: 800 azn + bonus
Maraqlanan şəxslər CV-ni mövzu hissədə vakansiyanın adını qeyd etməklə job@aloe.az email ünvanına və ya
(055) 224-43-45 (Vatsap) nömrəsinə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
