Vakansiya haqqında
Komandamıza enerjili, məsuliyyətli və gülərüz Kassir-məsləhətçi (xanım namizəd) axtarırıq.
Vəzifə öhdəlikləri:
Müştəriləri gülərüzlə qarşılamaq və məhsul seçimi zamanı məsləhət vermək;
Satış və kassa əməliyyatlarını düzgün və operativ şəkildə həyata keçirmək;
Nağd və nağdsız ödənişləri qəbul etmək;
Məhsulların vitrində səliqəli düzülüşünə nəzarət etmək;
Mağazada xidmət keyfiyyətini təmin etmək;
Tələblər:
Azərbaycan və rus dilində səlist danışıq ( ingilis dili biliyi üstünlükdür)
Ünsiyyət və satış bacarıqları;
Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı;
Kassada iş təcrübəsi arzu olunandır
Biz təklif edirik:
Əməkhaqqı 700 Azn NET; (Artan əməkhaqqı)
Növbəli iş qrafiki (7:00-22:30 aralığında 8 saatlıq qrafik);
Mehriban və dinamik iş mühiti;
Nahar ilə təminat
İş yeri: Mərkəz və mərkəzə yaxın ərazilər ( Gənclik, Elmlər, 28 May, Içəri şəhər m. yaxınlığı)
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kassir-məsləhətçi” qeyd etməklə gunel.shukurova@entree.az elektron poçt ünvanına göndərə və ya 055 505 91 51 nömrəsi ilə əlaqə yarada bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə yaradılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
