Vakansiya haqqında
Təsvir
İstehsalat proseslərinin səmərəli şəkildə idarə olunmasını, ardıcıl və dayanıqlı fəaliyyətini, eləcə də müəyyən edilmiş standartlara uyğun icrasını təmin etmək;
Məhsul kateqoriyalarının inkişaf strategiyasını hazırlamaq və məhsul portfelinin optimallaşdırılmasını həyata keçirmək;
Yeni məhsulların hazırlanması, resepturaların və texniki spesifikasiyaların formalaşdırılması prosesinə rəhbərlik etmək;
Məhsulların keyfiyyət, dad, görünüş və təqdimat tələblərinə uyğunluğunu nəzarətdə saxlamaq;
Qida təhlükəsizliyi, sanitariya-gigiyena və AQTA tələblərinin tətbiqinə nəzarət etmək;
İstehsalat xərclərini, xammal sərfiyyatını və məhsul itkilərini təhlil edərək optimallaşdırma tədbirləri görmək;
Təchizat, satınalma və satış komandaları ilə koordinasiyalı əməkdaşlığı təmin etmək;
Satış nəticələrini və istehlakçı tələbatını təhlil edərək məhsul çeşidi və istehsal həcmləri ilə bağlı təkliflər hazırlamaq;
İstehsalat heyətinin fəaliyyətini idarə etmək, iş bölgüsünü və performans qiymətləndirilməsini təşkil etmək;
Şöbənin fəaliyyət göstəricilərini və əsas KPI-ları təhlil edərək rəhbərliyə hesabat təqdim etmək.
Tələblər
Qida mühəndisliyi, qida texnologiyaları, kimya mühəndisliyi və ya uyğun sahə üzrə ali təhsil;
İstehsalat və ya qida sənayesi sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə isə ən azı 2 il idarəetmə təcrübəsi;
İstehsalat proseslərinin təşkili və idarə olunması üzrə praktiki biliklər;
Qida təhlükəsizliyi, HACCP, GMP və keyfiyyət standartları barədə biliklər;
Məhsul resepturalarının hazırlanması, maya dəyərinin hesablanması və xammal sərfiyyatının idarə edilməsi üzrə təcrübə;
İstehsalat göstəricilərini təhlil etmək və prosesləri optimallaşdırmaq bacarığı;
Liderlik, analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları.
Vakansiya növü
Tam ştat
Maraqlanan namizədlər müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq ərizə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
