Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Zeytun Pharmaceuticals

Maliyyə üzrə şöbə müdiri

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Tələblər Ali təhsil, maliyyə və ya mühasibatlıq ixtisası üzrə. Maliyyə təhlili sahəsində minimum 5 il iş təcrübəsi. Satışların və ehtiyatların təhlili üzrə bilik və təcrübə. 1C və MS Office proqramlarında, xüsusən Excel-də əla səviyyədə sərbəst işləmək bacarığı. Vəzifə öhdəlikləri Layihələr üzrə iqtisadi hesablamaların aparılması. Aylıq maliyyə hesabatının bağlanmasına nəzarət edilməsi. Gömrük və idxal rüsumlarının işlənməsinin yoxlanılması. Nəqliyyat reyestrinin işlənməsi və xərclərin izlənməsi. Sistemdə təsdiqlənmiş düzəlişlərin icrası. Müxabirləşmələrin düzgün aparılmasının yoxlanılması və düzəldilməsi. Təchizatlardan daxilolmaların və ödənişlərin yoxlanılması. Hesab qalıqlarının yoxlanılması. Mədaxil və silinən malların qarşılıqlı yoxlanılması, uyğun düzəlişlərin edilməsi. Təsdiqlənməmiş və silinmiş mədaxil qaimələrinin araşdırılması. Satışın mənfəətliliyinin təhlili və düzəlişlərin aparılması. Sifarişlərin maya dəyərinin hazırlanması və satış qiyməti təklifinin verilməsi. Xarici alışlarda əmtəə çeşidi üzrə müşahidə olunan qiymət dəyişiklikləri ilə bağlı hesabatın hazırlanması və qiymət artımı səbəbinin araşdırılması. Analitik hesablamaların hazırlanması. Satış və satınalma üzrə hesablaşmalara nəzarət olunması. İtkilərin və artıq xərclərin qarşısının alınması, ehtiyatların müəyyən edilməsi və bütün mənbələrdən daha səmərəli istifadə üçün təhlillərə əsaslanan təkliflərin hazırlanması. Maliyyə hesabatlarının hazırlanması və maliyyə göstəricilərinin analizi. Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili. İş şəraiti İş yeri: BEGOC Biznes Mərkəzi (ünvan: Bakı, Zərifə Əliyeva küç., 93). İş qrafiki: 5/7, iş saatı 09:00-dan 18:00-dək. Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur. Əmək haqqı: 3000-3500 AZN, namizədin təcrübəsindən asılı olaraq. Qeyd olunan tələblərə uyğun olduğunuz halda, CV-nizi Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.