Vakansiya haqqında
Struktur bölmə: Maliyyə idarəetməsi və mühasibat uçotu şöbəsi
Tabeçilik: Direktor
Tabeliyində olan vəzifələr:
Aparıcı
mühasib
Maliyyə
mütəxəssisi
Mühasib
köməkçisi
İşin təsviri:
Maliyyə
nəticələrinin aylıq təhlilini aparmaq, gəlir, xərc, mənfəət, marja və digər
əsas maliyyə göstəriciləri üzrə rəhbərlik üçün idarəetmə hesabatları
hazırlamaq.
Maliyyə
risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üzrə tədbirlər
hazırlamaq.
Maliyyə
nəzarəti və daxili kontrol mexanizmlərinin təkmilləşdirilməsini təmin etmək.
Maliyyə
əməliyyatlarının qanunvericiliyə, şirkətin daxili siyasət və
prosedurlarına uyğunluğuna nəzarət etmək.
Xərc
strukturunu və əməliyyat xərclərini təhlil etmək, xərclərin
optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması üzrə təkliflər
hazırlamaq.
İnvestisiya,
xərc, əməkhaqqı və digər biznes qərarlarının maliyyə təsirini qiymətləndirmək
və rəhbərliyə müvafiq tövsiyələr təqdim etmək.
Daxili
və xarici audit proseslərini koordinasiya etmək, tələb olunan maliyyə məlumatlarının
hazırlanmasını və audit nəticələri üzrə tədbirlərin icrasını təmin etmək.
Maliyyə
siyasətləri, prosedurları və uçot prinsiplərinin hazırlanmasında və təkmilləşdirilməsində
iştirak etmək.
Əməkhaqqı,
bonus və digər kompensasiya ödənişlərinin maliyyə planlamasını və büdcəyə
təsirinin təhlilini təmin etmək.
Maliyyə
məlumatlarının düzgünlüyünü, məxfiliyini və vaxtında təqdim edilməsini təmin
etmək.
Şöbənin
əməkdaşlarının fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və nəticələrə
nəzarət etmək.
Maliyyə
və mühasibat uçotu proseslərinin davamlı təkmilləşdirilməsi və
avtomatlaşdırılması üzrə təşəbbüslər irəli sürmək.
Aylıq,
rüblük və illik maliyyə hesabatlarının, MHBS (IFRS) üzrə illik
hesabatların və digər tələb olunan hesabatların hazırlanmasına və təqdim
edilməsinə rəhbərlik etmək.
İllik
büdcə planının hazırlanmasını, aylıq büdcə-fakt təhlilinin aparılmasını və
maliyyə proqnozlarının icrasını təmin etmək.
Vergi
öhdəliklərinin, o cümlədən mənfəət vergisi, ƏDV, sosial sığorta və digər
ödənişlərin düzgün hesablanmasına və bəyannamələrin vaxtında təqdim edilməsinə
nəzarət etmək.
Pul vəsaitlərinin
hərəkətinin (Cash Flow), debitor və kreditor borclarının, habelə ödəniş
qrafiklərinin idarə edilməsini təmin etmək.
Gündəlik
mühasibat əməliyyatlarının düzgünlüyünə, tamlığına və vaxtında uçota
alınmasına nəzarət etmək.
Kassa
və bank əməliyyatlarının uçotunun qanunvericiliyə və daxili prosedurlara
uyğun təşkilini təmin etmək.
Dərəcə
(Grade) və KPI (Əsas Fəaliyyət Göstəriciləri) maliyyə aspektlərinin dəstəklənməsi,
əməkhaqqı büdcəsinə təsirin qiymətləndirilməsi və bonus fondunun maliyyə nəticələri
əsasında hesablanmasını təmin etmək.
1C əməliyyatlarının
optimallaşdırılması və aylıq bağlanış prosesinin vaxtında və düzgün
icrasına nəzarət etmək.
Tələblər
Maliyyə,
mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil,
magistratura təhsili arzuolunandır.
PMS
sertifikatı olması zəruridir.
ACCA,
CIMA, CPA və ya CFA, sertifikasiyası — tam və ya qismən, DipIFR daxil
olmaqla — arzuolunandır.
Müvafiq
sahədə ən azı 10 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 3 il
iş təcrübəsi.
Azərbaycan
dili — səlis, rus və ingilis dilləri — üstünlükdür.
MS
Office, 1C və Bitrix24 proqramları üzrə yaxşı istifadə bacarığı.
Maliyyə
hesabatlarının hazırlanması və təhlili üzrə güclü biliklər.
MHBS
(IFRS), vergi və mühasibat uçotu üzrə biliklər.
Analitik
düşüncə, strateji yanaşma və problem həll etmə bacarığı.
Güclü
liderlik, komanda idarəetməsi və peşəkar ünsiyyət bacarıqları.
Yüksək
məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq.
Əlavə məlumat:
İş
vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.
İstirahət
günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
Vakansiya
növü: tam ştat.
İş
yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov rayonu, Ziya
Bünyadov prospekti 86B).
Əməkhaqqı:
namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Təminatlar:
Push30
platformasından istifadə imkanı.
AmCham
üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
Paşa Həyat
“Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
İT sahəsində
peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
