Vakansiya haqqında
Namizədə olan tələblər:
Ali təhsil(İnsan Resurslarının İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali
təhsil arzuolunandır);
İnsan resursları sahəsində təcrübə minimum 5
il;
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini
bilməli;
İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları
haqqında biliyə sahib olmalı;
Azərbaycan dili səlis, rus və ingilis dili
üstünlükdür;
Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook)
bilməli.
Vəzifə öhdəlikləri:
Kadr kargüzarlığı işlərinin — əmək müqavilələri, əmrlər, e-gov bildirişləri — düzgün
və vaxtında aparılmasına nəzarət etmək;
İllik məzuniyyət qrafikini
hazırlamaq və icrasını izləmək;
İşə qəbul proseslərində şirkət adından
rəy vermək;
Onboarding və offboarding proseslərini təşkil etmək və
nəzarətdə saxlamaq;
Performans qiymətləndirmə prosesini idarə etmək və
nəticələri rəhbərliyə təqdim etmək;
Şirkət üzrə illik təlim ehtiyaclarını
müəyyən etmək və təlimlərin nəticəsini ölçmək;
Əməkhaqqı və vəzifə
dəyişikliyi proseslərini idarə etmək;
Bonus, əməkhaqqı artımı və intizam
tədbirləri üzrə təhlil aparmaq və təkliflər hazırlamaq;
Struktur
dəyişiklikləri və ştat vahidləri barədə rəhbərliyə əsaslandırılmış rəy vermək;
İşçi məmnuniyyəti sorğularını təşkil etmək və nəticələrini təhlil etmək;
Korporativ mühitin yaxşılaşdırılması üzrə tədbirlər planı hazırlamaq;
Teambuilding və daxili tədbirlərin keçirilməsinə dəstək göstərmək;
Əmək mübahisələrini və intizam pozuntularını qanunvericilik çərçivəsində həll
etmək;
Holdinqin HR siyasətlərinin, qayda və prosedurlarının şirkətdə
tətbiqini təmin etmək;
İşçi axını və digər HR göstəriciləri üzrə mütəmadi
hesabatlar hazırlamaq;
Tabeliyindəki HR mütəxəssisinin işinə rəhbərlik
etmək.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş
saatları: 08:30-17:30;
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya
Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan
resursları və inzibati işlər şöbəsinin müdiri” qeyd etməklə Müraciət etdüyməsində qeyd olunan
elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə
saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
