Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Company

İnzibati işlər və təsərrüfat şöbəsinin rəhbəri

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri Müəssisənin inzibati və təsərrüfat fəaliyyətini təşkil etmək, gündəlik iş proseslərinin fasiləsiz təmin olunmasına nəzarət etmək; Müəssisədaxili qeyri-tibbi avadanlıqların, mebel və inventarların texniki vəziyyətinə, düzgün istifadəsinə və vaxtında təmirinə nəzarət etmək; Kabinetlərin, iş otaqlarının və ümumi istifadə sahələrinin təsərrüfat vəziyyətini nəzarətdə saxlamaq, cari təmir və abadlıq işlərini təşkil etmək; Elektrik, texniki ustalar və digər təsərrüfat əməkdaşlarının fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və icraya nəzarət etmək; Təmizlik və xidmət heyətinin iş qrafikini, ərazi üzrə bölgüsünü və gündəlik fəaliyyətini təşkil etmək; Müəssisənin təsərrüfat ehtiyaclarını müəyyənləşdirmək, zəruri inventar və materiallarla təminatı təşkil etmək; Nəqliyyat və digər inzibati-təsərrüfat proseslərinin düzgün təşkilinə nəzarət etmək; Daxili nizam-intizam, texniki təhlükəsizlik və təsərrüfat qaydalarına riayət olunmasını təmin etmək, yaranan problemlərin operativ həlli üçün tədbirlər görmək. Namizədə dair tələblər Ali və ya müvafiq sahə üzrə orta ixtisas təhsili; İnzibati-təsərrüfat və ya texniki istiqamətdə rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi; Təsərrüfat, texniki xidmət, təmir və istismar işlərinin təşkili üzrə praktiki təcrübə; Texniki və xidmət heyətinin idarə olunması və koordinasiyası bacarığı; Planlaşdırma, təşkilatçılıq və operativ qərarvermə qabiliyyəti; Məsuliyyətlilik, çeviklik və idarəetmə bacarıqları. Şərtlər: İş qrafiki: 6 gün (həftəlik 40 saat); Əmək haqqı müsahibə əsasında razılaşdırılır; Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “İnzibati işlər və təssərrüfat şöbəsinin müdiri” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.