Vakansiya haqqında
Öhdəliklər
Şirkətin insan resursları siyasətini formalaşdırmaq və həyata keçirmək;
İşçi ehtiyaclarını müəyyənləşdirmək, vakansiyaların hazırlanmasını və işə qəbul prosesini təşkil etmək;
Namizədlərin seçilməsi, müsahibələrin keçirilməsi və işə qəbul qərarlarının verilməsində iştirak etmək;
Yeni işçilərin adaptasiya və orientasiya prosesini təşkil etmək;
Mağaza və ofis əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, KPI sisteminin tətbiqinə və inkişafına nəzarət etmək;
İşçilərin davamiyyətinə, əmək intizamına və daxili nizam-intizam qaydalarına nəzarət etmək;
Əməkdaşların motivasiyası, performansı və iş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər hazırlamaq;
İşçilərin təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, təlim proqramları təşkil etmək;
Kadr sənədləşməsinin və şəxsi işlərin düzgün aparılmasına nəzarət etmək;
Əmək qanunvericiliyinin tələblərinə riayət olunmasını təmin etmək;
İşçi dövriyyəsinin səbəblərini təhlil etmək və onun azaldılması üçün tədbirlər görmək;
Mağaza rəhbərləri ilə sıx əməkdaşlıq edərək kadr problemlərinin operativ həllini təmin etmək;
Rəhbərliyə mütəmadi olaraq HR hesabatları və təkliflər təqdim etmək.
Tələblər
İnsan resurslarının idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
HR sahəsində minimum 3 il iş təcrübəsi;
Pərakəndə satış və çoxfiliallı şirkətlərdə iş təcrübəsi üstünlükdür;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək qanunvericiliyini yaxşı bilmək;
İşə qəbul, qiymətləndirmə, motivasiya və KPI sistemləri üzrə bilik və təcrübə;
Kadr sənədləşməsi və HR hesabatlarının hazırlanması bacarığı;
MS Office proqramlarında sərbəst işləmək;
Güclü ünsiyyət, təşkilatçılıq və idarəetmə bacarığı;
Analitik düşüncə, təşəbbüskarlıq və problem həll etmə qabiliyyəti;
Regionlardakı mağazalara mütəmadi səfər etmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
