Vakansiya haqqında
Təhsil Texnologiyaları Mərkəzi İnsan Resursları şöbəsinin Baş mütəxəssisi
vəzifəsi üzrə peşəkar və təcrübəli namizədləri komandamıza qoşulmağa dəvət edir.
Əsas vəzifə öhdəlikləri
HR strategiyasının hazırlanması və icrasında fəal iştirak
etmək;
İşə qəbul, adaptasiya və əməkdaşların motivasiyası proseslərini
idarə etmək;
Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr
sənədləşməsini və uçotunu aparmaq;
Performansın qiymətləndirilməsi və
əməkdaşların inkişaf proqramlarını hazırlamaq və tətbiq etmək;
HR
analitikası, işçi dövriyyəsi, məzuniyyət qalıqları və digər əsas HR göstəriciləri üzrə statistik və analitik
hesabatlar hazırlamaq;
Korporativ mədəniyyətin formalaşdırılması və
daxili kommunikasiyanın gücləndirilməsi istiqamətində fəaliyyət göstərmək;
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əlaqəli normativ hüquqi aktlarda baş verən
dəyişiklikləri izləmək, onların HR proseslərinə təsirini təhlil etmək;
HR
siyasət və prosedurlarının hazırlanması, təkmilləşdirilməsi və tətbiqində iştirak etmək.
Namizədə dair tələblər
İnsan Resursları, Biznesin İdarəedilməsi, Hüquq və ya digər əlaqəli sahələr üzrə ali
təhsil;
İnsan Resursları sahəsində minimum 3 il iş
təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək
münasibətlərini tənzimləyən normativ hüquqi aktlar üzrə biliklər;
HR
texnologiyaları və MS Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
Güclü analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarıqları;
Yüksək kommunikasiya və komanda ilə işləmək bacarığı;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
Beynəlxalq HR sertifikatlarının olması arzuolunandır.
İş şəraiti
İş yeri: Təhsil Texnologiyaları Mərkəzi
İş rejimi: Tam ştat
İş qrafiki: 5 günlük iş
həftəsi
İş saatları: 09:00–18:00
Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mailin mövzu hissəsində “İnsan Resursları şöbəsinin Baş mütəxəssisi”
qeyd olunmalıdır.
Tələblərə uyğun namizədlər ilkin qiymətləndirmə mərhələsindən sonra müsahibəyə dəvət
ediləcəklər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
