Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Zeytun Pharmaceuticals

İnsan Resursları Əməliyyatları Şöbəsinin Müdiri

Maaş göstərilməyib

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Vakansiya: İnsan Resursları Əməliyyatları Şöbəsinin MüdiriNamizədlərə tələblər Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə); İnsan resursları sahəsində minimum 5 il iş təcrübəsi; HR proseslərinin optimallaşdırılması, daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bilik və təcrübə; MS Office və xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı; Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı; Komandanı idarəetmə, iş bölgüsü aparma və əməkdaşların inkişafını dəstəkləmə bacarığı; Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı; Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı; Azərbaycan dilində sərbəst, ingilis və ya rus dilində işlək səviyyədə ünsiyyət bacarığı. Əsas vəzifə öhdəlikləri İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və şirkətin daxili qaydalarına uyğun idarə edilməsini təmin etmək; İşə qəbul, vəzifə və əmək şəraitinin dəyişdirilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsinə nəzarət etmək; İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək; İşçilərin müraciət və şikayətlərinin araşdırılmasını, əmək mübahisələrinin və münaqişələrin həllini, intizam tədbirlərinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini əlaqələndirmək; ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək; İnsan resursları prosedurlarının təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək, fəaliyyət göstəriciləri və əməliyyat riskləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; Şöbənin fəaliyyətini və komandanın işini idarə etmək, əmək münasibətləri və işçi məsələləri üzrə metodoloji və praktiki dəstək göstərmək; Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin HR proseslərinə təsirini qiymətləndirmək və müvafiq uyğunlaşma tədbirlərini həyata keçirmək. İş şəraiti və üstünlüklər İş yeri: BEGOC Biznes Mərkəzi (Bakı, Zərifə Əliyeva küç., 93); Tibbi sığorta və nahar; Peşəkar təlim və inkişaf imkanları; KPI dəyərləndirməsi əsasında bonus.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

İnsan resursları şöbəsinin mütəxəssisi

"11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC

Razılaşma yolu ilə

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
İnsan resursları
SmartJob.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.