Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Hüquqi şəxslərin dövlət qeydiyyatı, yenidən təşkili və ləğvi ilə bağlı prosedurların
həyata keçirilməsi;
Nizamnamə, təsis qərarı, etibarnamə, protokol və
digər korporativ sənədlərin hazırlanması;
Şirkətin barəsində çıxarılmış
məhkəmə qərarlarının icrası ilə bağlı zəruri tədbirləri görmək;
Hüquqi
risklərin müəyyən edilməsi və onların minimallaşdırılması üzrə təkliflərin verilməsi;
Miqrasiya məsələləri üzrə müraciətlərin hazırlanması, təqdim edilməsi və proseslərin
izlənilməsi;
Şirkətin gündəlik fəaliyyətindən irəli gələn korporativ
hüquq məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi və hüquqi risklərin qiymətləndirilməsi;
Patent, əmtəə nişanı və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatı ilə bağlı sənədlərin
hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
Müqavilələrin,
hüquqi rəylərin, ərizə və müraciətlərin hazırlanması və hüquqi ekspertizasının aparılması;
Namizədə tələblər:
Hüquq sahəsində ali təhsil;
Hüquqşünas
vəzifəsində minimum 3 il iş təcrübəsi;
Hüquqi şəxslərin dövlət
qeydiyyatı, korporativ dəyişikliklər, miqrasiya hüququ və əqli mülkiyyət hüququ (patentlər) sahələrində praktiki
təcrübə;
Müvafiq dövlət qurumları ilə işləmə və rəsmi prosedurların
aparılması üzrə təcrübə;
Müqavilələrin, ərizələrin, etibarnamələrin,
hüquqi rəylərin və digər hüquqi sənədlərin hazırlanması bacarığı;
Rus və
İngilis dillərini sərbəst səviyyədə bilmək;
Hüquqi araşdırma və təhlil
aparmaq bacarığı;
Məsuliyyətlilik, diqqətlilik, operativlik və yüksək
təşkilatçılıq bacarığı.
Konsaltinq sahəsində iş təcrübəsi
üstünlükdür.
Biz nə təklif edirik?
Pozitiv və dəstəkləyici iş mühiti;
İş
qrafiki: bazar ertəsi–cümə, saat 08:30–17:30;
Həftədə bir dəfə evdən
işləmək imkanı;
Gross 1 700 – 2 250 AZN əməkhaqqı;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Könüllü
tibbi sığorta;
Kritik xəstəliklərdən sığorta;
Push30 abunəliyi;
Peşəkar təlimlərdə iştirak və
inkişaf imkanları.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər
- https://forms.gle/TVkKdP4EVEpANPiLA
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
