Vakansiya haqqında
PROSYS MMC komandamıza HRMpro proqram təminatının inkişafı və tətbiqində iştirak edəcək
Biznes analitik (Aparıcı mütəxəssis) axtarır!
HRMpro insan resurslarının idarə edilməsi, kadr uçotu, əməkhaqqı hesablanması, iş
vaxtının uçotu və digər HR proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş proqram təminatıdır.
Bu vəzifədə əsas rolunuz HR proseslərini və müştəri tələblərini təhlil etmək, onları
HRMpro-nun imkanları ilə tutuşdurmaq və texniki komanda ilə birlikdə həllərin düzgün hazırlanmasını və tətbiqini
təmin etmək olacaq.
Vəzifə öhdəlikləri
Kadr uçotu, əmək müqavilələri, işə qəbul, məzuniyyətlər, iş vaxtının uçotu və
əməkhaqqı hesablanması kimi HR proseslərini təhlil etmək və təkmilləşdirmə imkanlarını
müəyyənləşdirmək;
Müştərilərdən və daxili komandalardan daxil olan
tələbləri toplamaq, təhlil etmək və dəqiqləşdirmək;
Müştəri tələblərini
HRMpro-nun mövcud imkanları ilə tutuşdurmaq: tələbin hazır imkanla, sazlama ilə və ya yeni hazırlıqla
qarşılanacağını müəyyənləşdirmək;
Texniki tapşırıqların və funksional
tələblərin hazırlanmasında iştirak etmək, tələbləri proqramçılara və test komandasına aydın şəkildə izah
etmək;
Əmək qanunvericiliyində və əlaqəli normativ-hüquqi aktlarda baş
verən dəyişikliklərin HRMpro funksionallığına təsirini qiymətləndirmək;
Hazırlanmış funksionallığı HR prosesləri və qanunvericilik baxımından yoxlamaq, hesablamaların
düzgünlüyünü təsdiqləmək və qəbul prosesində iştirak etmək;
HRMpro-nun
müştərilərdə tətbiqində iştirak etmək: müştərinin proseslərini öyrənmək, sistemin sazlanmasına dəstək vermək,
istifadəçilərə təlim keçmək;
İstifadəçi təlimatlarının və prosesləri
təsvir edən sənədlərin hazırlanmasında iştirak etmək.
Tələblər
İnsan resursları, kadr uçotu, əməkhaqqı hesablanması sahəsində 5 il iş
təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək
münasibətlərini tənzimləyən normativ-hüquqi aktları yaxşı bilik;
Kadr
uçotu, əmək müqavilələri, məzuniyyətlərin rəsmiləşdirilməsi, iş vaxtının uçotu, əməkhaqqı hesablanması, məzuniyyət
haqqı, son haqq-hesab və müvafiq tutulmaların hesablanması barədə praktiki bilik və təcübə;
Konkret məlumatlar əsasında hesablama nümunələri hazırlamaq, nəticələri yoxlamaq və müştəri
tələblərini proqramçılara aydın şəkildə izah etmək bacarığı;
Biznes
ehtiyaclarını müəyyənləşdirmək, təhlil etmək və texniki komandaya aydın şəkildə təqdim etmək
bacarığı;
Prosesləri təhlil edib yazılı sənədləşdirmək
bacarığı;
Güclü təşəbbüskarlıq, proaktiv yanaşma və yeni ideyaların irəli
sürülməsi bacarığı;
Müstəqil qərarvermə, qərarların nəticələrinə görə
məsuliyyət daşımaq və riskləri düzgün qiymətləndirmək qabiliyyəti;
Strateji və analitik düşünmə, mürəkkəb prosesləri təhlil edərək optimal həll yolları
müəyyənləşdirmək bacarığı;
Güclü ünsiyyət və təqdimat bacarıqları,
müxtəlif səviyyəli rəhbərlik və komandalarla effektiv əməkdaşlıq etmək;
Prioritetləri düzgün müəyyənləşdirmək, vaxtı və resursları səmərəli idarə etmək
bacarığı;
Fərqli maraqları və gözləntiləri olan tərəflərlə (stakeholder)
effektiv işləmək və onların tələblərini düzgün idarə etmək bacarığı;
Üstünlük hesab olunur
User Story, Acceptance Criteria və funksional tələblərin hazırlanması üzrə bilik və
təcrübə;
Agile/Scrum metodologiyası və məhsulun inkişaf prinsiplərini
anlamaq;
Jira və ya digər tapşırıq idarəetmə alətləri ilə işləmək
bacarığı;
HRM və ya ERP proqram təminatlarının hazırlanması, tətbiqi və
təkmilləşdirilməsi üzrə təcrübə;
Product Backlog, Roadmap və Sprint
Planning proseslərinin idarə edilməsi təcrübəsi;
BPMN vasitəsilə biznes
proseslərinin modelləşdirilməsi;
SQL üzrə ilkin
biliklər;
MS Project və ya digər layihə idarəetmə alətləri ilə işləmək
təcrübəsi;
İngilis dili üzrə texniki sənədləri oxumaq
bacarığı.
Biz nə təklif edirik?
Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
Ölkədə müxtəlif təşkilatlarda istifadə olunan HRM məhsulunun inkişafında iştirak
imkanı;
Təcrübəli biznes analitiklər, proqramçılar və test mütəxəssisləri
ilə əməkdaşlıq;
Peşəkar inkişaf və karyera yüksəlişi
imkanı;
İş şəraiti
İş qrafiki - Tam ştat, ofisdə (5 günlük iş həftəsi,
09:00–18:00)
İş yeri: Bakı, Azərbaycan
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "HRM üzrə Biznes Analitik"
qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
