Vakansiya haqqında
Əsas vəzifələr
Kadr uçotu, əmək müqavilələri, işə qəbul, məzuniyyətlər, iş vaxtının uçotu və əməkhaqqı hesablanması kimi HR proseslərini təhlil etmək və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
Müştərilərdən və daxili komandalardan daxil olan tələbləri toplamaq, təhlil etmək və dəqiqləşdirmək;
Müştəri tələblərini HRMpro-nun mövcud imkanları ilə tutuşdurmaq: tələbin hazır imkanla, sazlama ilə və ya yeni hazırlıqla qarşılanacağını müəyyənləşdirmək;
Texniki tapşırıqların və funksional tələblərin hazırlanmasında iştirak etmək, tələbləri proqramçılara və test komandasına aydın şəkildə izah etmək;
Əmək qanunvericiliyində və əlaqəli normativ-hüquqi aktlarda baş verən dəyişikliklərin HRMpro funksionallığına təsirini qiymətləndirmək;
Hazırlanmış funksionallığı HR prosesləri və qanunvericilik baxımından yoxlamaq, hesablamaların düzgünlüyünü təsdiqləmək və qəbul prosesində iştirak etmək;
HRMpro-nun müştərilərdə tətbiqində iştirak etmək: müştərinin proseslərini öyrənmək, sistemin sazlanmasına dəstək vermək, istifadəçilərə təlim keçmək;
İstifadəçi təlimatlarının və prosesləri təsvir edən sənədlərin hazırlanmasında iştirak etmək.
Tələblər
İnsan resursları, kadr uçotu, əməkhaqqı hesablanması sahəsində 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi aktları yaxşı bilik;
Kadr uçotu, əmək müqavilələri, məzuniyyətlərin rəsmiləşdirilməsi, iş vaxtının uçotu, əməkhaqqı hesablanması, məzuniyyət haqqı, son haqq-hesab və müvafiq tutulmaların hesablanması barədə praktiki bilik və təcübə;
Konkret məlumatlar əsasında hesablama nümunələri hazırlamaq, nəticələri yoxlamaq və müştəri tələblərini proqramçılara aydın şəkildə izah etmək bacarığı;
Biznes ehtiyaclarını müəyyənləşdirmək, təhlil etmək və texniki komandaya aydın şəkildə təqdim etmək bacarığı;
Prosesləri təhlil edib yazılı sənədləşdirmək bacarığı;
Güclü təşəbbüskarlıq, proaktiv yanaşma və yeni ideyaların irəli sürülməsi bacarığı;
Müstəqil qərarvermə, qərarların nəticələrinə görə məsuliyyət daşımaq və riskləri düzgün qiymətləndirmək qabiliyyəti;
Strateji və analitik düşünmə, mürəkkəb prosesləri təhlil edərək optimal həll yolları müəyyənləşdirmək bacarığı;
Güclü ünsiyyət və təqdimat bacarıqları, müxtəlif səviyyəli rəhbərlik və komandalarla effektiv əməkdaşlıq etmək;
Prioritetləri düzgün müəyyənləşdirmək, vaxtı və resursları səmərəli idarə etmək bacarığı;
Fərqli maraqları və gözləntiləri olan tərəflərlə (stakeholder) effektiv işləmək və onların tələblərini düzgün idarə etmək bacarığı;
User Story, Acceptance Criteria və funksional tələblərin hazırlanması üzrə bilik və təcrübə;
Agile/Scrum metodologiyası və məhsulun inkişaf prinsiplərini anlamaq;
Jira və ya digər tapşırıq idarəetmə alətləri ilə işləmək bacarığı;
HRM və ya ERP proqram təminatlarının hazırlanması, tətbiqi və təkmilləşdirilməsi üzrə təcrübə;
Product Backlog, Roadmap və Sprint Planning proseslərinin idarə edilməsi təcrübəsi;
BPMN vasitəsilə biznes proseslərinin modelləşdirilməsi;
SQL üzrə ilkin biliklər;
MS Project və ya digər layihə idarəetmə alətləri ilə işləmək təcrübəsi;
İngilis dili üzrə texniki sənədləri oxumaq bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
