Vakansiya haqqında
Təsvir
Layihə-smeta sənədlərini texniki və smeta baxımından yoxlamaq;
Layihələr üzrə nəzərdə tutulan iş həcmlərinin düzgünlüyünü yoxlamaq və müvafiq hesablamaları
aparmaq;
Smeta hesablamalarının, material və əmək xərclərinin
düzgünlüyünü təhlil etmək;
Layihə-smeta sənədlərinin qüvvədə olan norma,
standart və texniki tələblərə uyğunluğunu yoxlamaq;
Təqdim olunan
layihə-smeta sənədlərində mövcud uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün zəruri
düzəlişlərin aparılmasını təmin etmək;
Cari təmir və layihə işləri üzrə
iş həcmlərinin hesablanmasında iştirak etmək;
Layihə-smeta sənədləri üzrə
müvafiq rəyləri, hesabatları və digər zəruri sənədləri hazırlamaq;
Layihələndirmə, smeta və icra prosesləri ilə bağlı aidiyyəti struktur bölmələrlə
koordinasiyalı fəaliyyət göstərmək;
Yerinə yetirilmiş işlər və aşkar
edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə müvafiq hesabat və məlumatlar təqdim etmək;
Vəzifə öhdəlikləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə
yetirmək.
Tələblər
Ali təhsil;
Müvafiq sahədə minimum 2 il
iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1
səviyyəsində, rus dili – arzuolunandır;
Kompüter bilikləri: MS Word, MS
Excel və MS PowerPoint;
Layihə-smeta sahəsi üzrə müvafiq sertifikatların
olması üstünlükdür;
Yazılı və şifahi ünsiyyət
bacarıqları;
Problemlərin həlli bacarığı;
Təqdimat bacarıqları;
Öyrənmə
qabiliyyəti;
Dəyişikliklərə uyğunlaşma bacarığı;
Komandada işləmək bacarığı.
İş qrafiki:
5 günlük
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
