Vakansiya haqqında
Namizədə dair tələblər
Ali təhsil;
Müvafiq sahədə ən azı 6 aylıq iş təcrübəsi; bank və ya sığorta sahəsində təcrübə üstünlük sayılır;
Azərbaycan dili sərbəst səviyyədə, ingilis və rus dili bilikləri arzuolunandır;
Diqqətlilik, məsuliyyət və analitik yanaşma;
Ünsiyyət qurmaq və komanda daxilində işləmək bacarığı;
MS Office proqramları ilə sərbəst işləmə bacarığı.
Vəzifə öhdəlikləri
Satış kanallarından daxil olan sorğuların icrası, müraciət formaları, təklif formaları və təqdim edilən sənədlər əsasında şəhadətnamə və qoşmaların hazırlanması;
Müştərilər tərəfindən daxil olan əməliyyatlarla bağlı müraciətlərin cavablandırılması;
Şirkət daxilində digər departamentlərdən gələn sorğuların operativ şəkildə işlənməsi, tələb olunan imzalı şəhadətnamələrin, sənədlərin və məlumatların təqdim edilməsi;
İmzalanmış şəhadətnamə və qoşmaların şirkət daxili qaydalara uyğun qeydiyyatının və saxlanmasının təmin olunması;
Müvafiq hesabatların hazırlanması prosesində iştirak;
Konfidensiallıq və biznes etikası qaydalarına riayət edilməsi.
Əlavə məlumat
İş qrafiki: 5 günlük iş həftəsi, 09:00-18:00;
İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24;
Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək;
İmtiyazlar: könüllü tibbi sığorta.
Qeyd edilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını “Əməliyyatlar üzrə kiçik mütəxəssis” yazmaqla, Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
