Vakansiya haqqında
“Abşeron Logistika” MMC “Əməliyyatlar üzrə kiçik mütəxəssis” vəzifəsi üzrə
vakansiya elan edir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq
standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi
terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir.
Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək
xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız
mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət
edirik.
Ümumi vəzifə öhdəlikləri:
Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq;
Müştəri yüklərinin, vaqon məlumatlarının yerində yoxlanılmasında iştirak;
Müştəri yüklərinin, vaqon məlumatlarının proqrama işlənməsində iştirak;
Sənədlərin sistem üzrə arxivləşdirilməsi.
Namizədə qarşı tələblər:
Ali təhsil;
İş təcrübəsi tələb
edilmir;
Rus dili biliyi mütləqdir;
MS Office proqramlarında iş bacarığı;
Yüksək
səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Davamlı olaraq nəticələr
əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
Yeni bilik və bacarıqlara
yiyələnmək həvəsi, təşəbbüskarlıq;
Komandanın üzvü olmaq üçün yeni iş
mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək -https://career.absheronport.az/karyera portalımız üzərindən və ya CV formalarınıMüraciət etdüyməsində qeyd olunan formu
dolduraraq göndərməklə müraciət edə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyatlar üzrə
kiçik mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə
baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş
namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
